Türkmənistan Məclisinin Sədri Azərbaycana səfərə gəlib

 

Türkmənistan Məclisinin Sədri Gülşat Məmmədova noyabrın 4-də Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Türkmənistan Məclisinin Sədrini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisi Sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

 

Azərbaycan.- 2019.-5 noyabr.- S.1.