Şeyxülislamlıq missiyası və maarifçilik

 

Qafqazda şeyxülislamlığın təşəkkülü və inkişafı həmişə Azərbaycanla əlaqədar olmuşdur. Bu ali dini təşkilatın yarandığı 1823-cü ildən bizim günlərə qədərki fəaliyyətinə Azərbaycan torpağının yetirmələri olan görkəmli din xadimləri rəhbərlik etmişlər.

Axund Məhəmmədəli Hüseynzadə, Axund Fazil İrəvani, Axund Əhməd Hüseynzadə, Axund Mirzə Həsən Tahirzadə, Axund Əbdüssəlam Axundzadə, Axund Məhəmmədhəsən Mövlazadə Şəkəvi, Axund Məhəmməd Fərəculla Pişnamazzadə, Şeyxülislam Axund Ağa Əlizadə, Şeyx Mirmöhsüm Həkimzadə, Molla Əliağa Süleymanzadə, Mirqəzənfər İbrahimov kimi yaşadıqları dövrlərin görkəmli din xadimlərinin rəhbərlik etdikləri Qafqaz Müsəlmanları İdarəsi regionda islam dininin maraqlarının qorunmasında və yaşadılmasında, cəmiyyət və din münasibətlərinin tənzimlənməsində mühüm rol oynamışdır. Qafqaz Müsəlmanları İdarəsinə 1980-ci ildən böyük uğurla rəhbərlik edən Şeyxülislam Hacı Allahşükür Paşazadə çoxillik və səmərəli, çoxcəhətli və məqsədyönlü fəaliyyəti ilə bu sahədə yeni tarixi mərhələ yaratmağa nail olmuşdur.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Hacı Allahşükür Paşazadənin ardıcıl səyləri nəticəsində Qafqaz Müsəlmanları İdarəsinin işi Azərbaycan xalqının milli maraqları və dövlətçilik maraqları ilə üzvi surətdə əlaqələndirilmişdir. O, dini dəyərlərin mənsub olduğu xalqın taleyi, maraqları və müqəddəratı ilə uzlaşdırılması yolu ilə həm islam dininin nüfuzunun qorunub saxlanılmasına və inkişaf etdirilməsinə nail olmuş, həm də islamın xalqlara xidmətinin əsl nümunəsini göstərmişdir. Azərbaycan xalqının taleyində xüsusi yer tutan 1990-cı ilin qanlı 20 Yanvar hadisəsi zamanı Şeyxülislam Hacı Allahşükür Paşazadənin tutduğu mövqe, daşıdığı missiya nüfuzlu din xadiminin ölkəsinin dövlətçilik maraqlarının qorunmasında, xalqının keşməkeşli taleyində nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərən tarixi faktdır. Sovet dövlətinin mənfur niyyəti ilə Azərbaycanda törədilən hərbi-siyasi münaqişə zəminində respublikaya rəhbərlik edən şəxslərin ölkədən qaçması nəticəsində yaranmış ağır vəziyyətdə Şeyxülislam Hacı Allahşükür Paşazadənin xalqı öz arxasınca apararaq şəhidlərimizin dəfnini təşkil etməsi, sabitliyibirliyi qoruyub saxlamağa nail olması ən çətin taleyüklü məqamlarda dini lider faktorunun xalq üçün nə qədər əhəmiyyətli olmasının isbatıdır.

Qanlı 20 Yanvar hadisələrində siyasi rəhbərliyə qətiyyən maraq göstərmədən dini vəzifəsini xalqın düşdüyü ağır vəziyyətdən çıxmasına həsr etməsi Qafqaz şeyxülislamı Hacı Allahşükür Paşazadənin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətidir. Bununla o həm də Azərbaycanın milli istiqlalına və müstəqil dövlətçiliyinə xidmət göstərmişdir. Həmin məsuliyyətli günlərdə şeyxülislamın SSRİ rəhbərliyinə, Birləşmiş Millətlər Təşkilatının başçılarına, dünya dini liderlərinə ünvanladığı etiraz bəyanatları çətin blokada vəziyyətinə salınmış Azərbaycanın haqq səsinin dünyaya, beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır. Şeyxülislam Hacı Allahşükür Paşazadə həmin tarixi missiyanı Xocalı soyqırımı hadisəsi zamanı da həyata keçirməklə xalqının və dövlətinin maraqlarının onun üçün həmişə ali dəyərlər olduğunu nümayiş etdirmişdir.

Xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan naminə yenidən siyasi hakimiyyətə qayıdışı yolunda dönmədən, qətiyyətlə mübarizə aparması da şeyxülislamlıq missiyasının dövlətçilik maraqları ilə vəhdətinin ibrətamiz təzahürüdür. Ölkəmizdə din-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində atdığı düşünülmüş addımlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil dövlətimizi bütün yönləri ilə inkişaf etdirmək siyasətinin uğurla həyata keçirilməsinə xidmət edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin aşağıdakı sözləri Şeyxülislam Hacı Allahşükür Paşazadənin dini dəyərlərin dövlət və xalqla münasibətləri sahəsindəki çoxcəhətli fəaliyyətinə verilmiş ən yüksək qiymətin ifadəsidir: "Azərbaycan xalqının azadlığı uğrunda şeyxülislam həzrətlərinin tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayiş etdirdi”.

Şeyxülislam Hacı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində dünyanın xüsusi maraq göstərdiyi bu mühüm geosiyasi regionda sülhünsabitliyin qorunmasına xidmət etməyi daim diqqət mərkəzində saxlayır. Onun nüfuzlu bir din xadimi olaraq Qafqaz hadisələrində xalqların dini-mənəvi birliyinin ümumi sabitliyə və əməkdaşlığa xidmət etməsi niyyəti ilə etdiyi çağırışlar xeyirxah sülh bəyanatları kimi səslənir. Qafqazın müxtəlif bölgələrində baş vermiş Gürcüstan, Çeçenistan hadisələri zamanı Qafqaz Müsəlmanları İdarəsinin adından səsləndirilmiş bəyanatlar, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qaynar nöqtələrə etdiyi səfərlər, keçirdiyi görüşlər nəticə etibarilə qonşuluq şəraitində yaşamağa xidmət edən Qafqaz evinin formaşdırılmasına töhfədir.

Azərbaycan dövlətinin və xalqının Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı ədalətli mübarizədə Qafqaz Müsəlmanları İdarəsi öndə getməklə din amilinin milli mücadilə ilə vəhdətini nəzərə çarpdırır. Son illərdə Hacı Allahşükür Paşazadənin Azərbaycan məscidlərində müxtəlif təriqətləri təmsil edən müsəlmanların vəhdət namazları qılınması istiqamətində apardığı düşünülmüş dini qurumun cəmiyyətdə bütövlüyünsabitliyin daha da möhkəmləndirilməsinə ibrətamiz xidmət nümunəsidir. Bundan başqa, şeyxülislamın təşəbbüsü ilə Aşura mərasimlərində qanvermə aksiyasının keçirilməsi də islamın xeyirxahlıq və insanpərvərlik dini olduğunu bəyan etməyə əsas verir.

Şeyxülislam Hacı Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illərin böyük bir hissəsinin müstəqillik dövrünə düşməsi bu ali dini təşkilatın həm də beynəlxalq aləmdə Azərbaycan dövlətinin mənafelərindən çıxış etməsi missiyasını da məsuliyyətli bir vəzifə olaraq qarşıya qoymuşdur. Qafqaz şeyxülislamı həmin vəzifəni də böyük bacarıqla və yüksək peşəkarlıqla həyata keçirməkdə davam edir. O, dünyanın ən mühüm beynəlxalq siyasi təşkilatlarında, elmi qurumlarında, dini təsisatlarında çıxışlar edərək Azərbaycan həqiqətlərinin planetdə yayılmasına töhfələr verir. Böyük nüfuza malik olan İslam Əməkdaşlıq Təşkilatı ilə ölkəmizin münasibətlərinin qurulmasında xüsusi rol oynamış şeyxülislam bu qurumun xitabət kürsüsündən islam ölkələrinin həmrəyliyi və Azərbaycanın taleyüklü məsələlərinin dəstəklənməsi baxımından səmərəli şəkildə faydalanır.

Son illərdə bəzi məkrli qüvvələrin süni yolla uydurduqları, bəzən qəsdən təşkil etdikləri islamofobiya təzahürlərinin səbəblərinin açılıb geniş ictimaiyyətə çatdırılması sahəsindəki fəaliyyəti ilə Hacı Allahşükür Paşazadə islam dininin humanist, sülhsevər mahiyyətinin əsaslı şəkildə şərh olunmasına böyük əmək sərf edir. Buna görədir ki, Qafqaz şeyxülislamı beynəlxalq aləmdə, xüsusən də müsəlman ölkələrində böyük nüfuza malik görkəmli dini liderlərdən biri kimi qəbul olunur. Fikrimizcə, bu mənada dünya dini liderlərinin sammitinin 2010-cu ildə Azərbaycanda keçirilməsi də təsadüfi olmayıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin din-dövlət münasibətlərinə verdiyi xüsusi önəmin və Qafqaz şeyxülislamının bu istiqamətdəki səmərəli xidmətlərinin əks-sədası kimi meydana çıxmışdır. Dünya dini liderlərinin beynəlxalq forumunun tarixə Bakı sammiti kimi daxil olması ölkəmizdə demokratik dövlət quruculuğunun inkişafının mühüm bir göstəricisidir. Bu, ölkə Prezidenti İlham Əliyevin apardığı multikulturalizm və tolerantlıq siyasətinin konkret bir təntənəsidir.

Ümumiyyətlə, Qafqaz şeyxülislamlığının fəaliyyətində elmmaarifçilik həmişə mühüm yer tutmuşdur. Müxtəlif dövrlərdə şeyxülislamlar həm də elmimaarifçi fəaliyyətlə məşğul olmuşlar. Bağdad Universitetinin İlahiyyattarix fakültəsini bitirmiş Axund Məhəmmədəli Hüseynzadənin "Ağızdan-ağıza keçmiş hədislər”, "İslamın möcüzələri” kitabları müəyyən elmi əsasa malik olan əsərlərdir. Dini mövzuda yazılmış "Paklıq kitabı”nı 1883-cü ildə Təbrizdə nəşr etdirən Axund Fazil İrəvani Peterburqda çap olunmuş "Qızılgül və bülbülpovestinin də müəllifidir. Dərsliklər, tarix və şərh kitabları yazmış Şeyxülislam Axund Əhməd Hüseynzadə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə ilə dostluq etmiş, Şeyxülislam Əbdüssəlam Axundzadə Qori Müəllimlər Seminariyasında Cəlil Məmmədquluzadəyə ana dili və şəriət fənnindən dərs demişdir. Yeni tarixi epoxanın şeyxülislamı Hacı Allahşükür Paşazadənin də fəaliyyətində elmmaarifçilik faktoru mühüm əhəmiyyətə malik yer tutur. O, islam dininin elmi əsaslarla araşdırılıb öyrənilməsinə dairislam maarifçiliyinə həsr edilmiş əhəmiyyətli əsərləri ilə də tanınır.

Hacı Allahşükür Paşazadə Qafqaz şeyxülislamlığının tarixində birinci elmlər doktoru olmuş ali rütbəli din xadimidir. Doktorluq dissertasiyası kimi meydana çıxmış "Qafqazda islam” adlı tədqiqat əsəri ilə o, Azərbaycan tarix elmində islam tarixi elmi istiqamətinin müəyyən olunmasına yol açmışdır. Tarix elmləri doktoru Hacı Allahşükür Paşazadənin "Qafqazda islam: tarixmüasirlik” kitabı islam tarixi yönlü sanballı və əhəmiyyətli qafqazşünaslıq əsəridir. "Quranın təfsiri və tərcümə tarixi” kitabı ilə o, islamşünaslığa özünəməxsus səhifələr əlavə etmişdir. Dini baxışlarına görə müsəlman olan Hacı Allahşükür Paşazadə siyasi əqidəsi etibarilə azərbaycançıdır. Onun Qafqaz Müsəlmanları İdarəsindəki çoxcəhətli fəaliyyətində olduğu kimi, elmi-təşkilati fəaliyyətində də azərbaycançılıq aparıcı mövqeyə malikdir. "Qafqazda islam: tarixmüasirlik” adlı monoqrafiyasında Azərbaycanda islam xətti əsərin əsas hissəsini təşkil edir. O, dövlətdə və cəmiyyətdə din üçün də, dövlət və xalq üçün də faydalı ola biləcək ortaq fəaliyyət modelinin yaradıcısıdır.

Şeyxülislam kimi Hacı Allahşükür Paşazadənin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş beynəlxalq elmi konfranslarda müasir dünyanın ən mühüm problemləri geniş müzakirə olunur, mühüm qərarlar qəbul edilir. Onun təşəbbüsü, dəstəyi və rəhbərliyi ilə keçirilmiş "Müsəlmanlar sülh uğrunda mübarizədə” (1986), "Müasirlik və dini-mənəvi dəyərlər” (1998), "İslam sivilizasiyası Qafqazda” (1998), "Qloballaşmaislam” (2004), "Tolerantlıq örnəyi - Azərbaycan” (2006), "Dini tolerantlığın möhkəmləndirilməsi: Azərbaycan modeli və çağırışlar” (2014) və sair kimi konfranslar islamşünaslığa və cəmiyyət - din münasibətlərinin tənzimlənməsinə və möhkəmləndirilməsinə müsbət təsir göstərmiş, təkan vermişdir.

Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə keçirilmiş "İslam maarifçiliyimüasir dövrmövzusunda beynəlxalq elmi konfrans (2015) akademik qurumlarla dini təşkilatların birgə elmi əməkdaşlığına meydan açmışdır. Bu qəbildən olan beynəlxalq elmi konfransın işığında Azərbaycan alimləri dünyanın adlı-sanlı teoloqları ilə ünsiyyət qurmaq üçün əlavə imkanlar qazanmışlar. Eyni zamanda, sovet ideoloji mühitindən fərqli olaraq, müstəqillik dövründə din faktorunun elmi dövriyyədə özünəməxsus çəkiyə malik olması da elm adamları ilə dini qurumların və teoloqların qarşılıqlı əlaqələrinin yaradılması sayəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasında dövlət rəhbəri səviyyəsində aparılan multikulturalizm və tolerantlıq siyasətinin uğurla həyata keçirilməsinə də Qafqaz Müsəlmanları İdarəsi və Şeyxülislam Hacı Allahşükür Paşazadə əhəmiyyətli töhfələr verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili "Multikulturalizm ilielan etməsi ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Azərbaycandan başqa Türkiyədə (İstanbul), Rusiyada (Sankt-Peterburq), Avstriyada (Vyana), Özbəkistanda (Daşkənd) və başqa ölkələrdə keçirilmiş beynəlxalq multikulturalizm və tolerantlıq konfransları bu istiqamətdə ölkəmizdə yürüdülən müdrik siyasətə din xadimlərinin və elmin dəstəyinin əməli ifadəsinə çevrilmişdir. Bundan başqa, Hacı Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsində Dini-Elmi Şura təşkil etməklə aktual dinielmi problemlərin elm xadimləri ilə birlikdə müzakirə etməyə şərait yaratması, dini təşkilatda elmi kitabxana açması sözün əsl mənasında ölkə miqyaslı maarifçilik fəaliyyəti nümunəsidir. Bütün bunlar Qafqaz Müsəlmanları İdarəsində şeyxülislamlıq missiyası ilə maarifçilik fəaliyyətinin bacarıqla əlaqələndirilməsinin real nəticəsidir.

Azərbaycan dövləti Şeyxülislam Hacı Allahşükür Paşazadənin çoxcəhətli fəaliyyətini yüksək qiymətləndirmişdir. Hacı Allahşükür Paşazadə təkcə ölkəmizin deyil, həm də beynəlxalq təşkilatların və dövlətlərin yüksək mükafatları ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ən yüksək ali mükafat olan Heydər Əliyev ordeni ilə təltif olunması Şeyxülislam Hacı Allahşükür Paşazadənin çoxillik və səmərəli xidmətlərinin daim diqqət mərkəzində dayandığını göstərir.

Dünya dini liderlərinin Bakı sammitinin 2010-cu ildə Bakıda keçirilməsi Azərbaycanın dünya islamşünaslığının əsas mərkəzlərindən biri olduğunu nümayiş etdirmişdir. Hazırda dünya dini liderlərinin ikinci dəfə Azərbaycanda bir araya gələrək beynəlxalq sammitin keçirilməsi astanasında Şeyxülislam Hacı Allahşükür Paşazadə beynəlxalq aləmdə tanınmış görkəmli din xadimlərinin və islamşünas alimlərin Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsi istiqamətində geniş və səmərəli aparır. Heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə keçiriləcək növbəti dünya dini liderlərinin Bakı sammiti həm müstəqil dövlətimizin reallıqlarının, həm də Şeyxülislam Hacı Allahşükür Paşazadənin çoxillik dinielmi fəaliyyətinin təntənəsinə çevriləcəkdir.

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin Elm təhsil komitəsinin sədri, akademik

 

Azərbaycan.- 2019.- 7 noyabr.- S.3.