Mirzə Şəfi Vazehin kitabı Berlində təqdim edildi

 

Müəllimi ona Şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsini verdi, o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusuna təqdim edərək Avropada tanıtdı. Söhbət görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehdən onun alman tələbəsi Fridrix fon Bodenştedtdən gedir.

Noyabr ayının 1-də "Xalq Bank”ın, "Q Gallery Berlin”in Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkil etdikləri, dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri - Humboldt Universitetində keçirilən konfrans "Xalq Əmanətilayihəsi çərçivəsində yeni dərc olunan, Mirzə Şəfi Vazehin "Bütün əsərləri”nin elmi ictimaiyyətə təqdimatına həsr olunmuşdur.

Humboldt Universitetinin professoru Eva Maria Aux çıxışında Mirzə Şəfi Vazehin yaradıcılığından, özünəməxsus poeziyasından danışdı. Vazeh yaradıcılığına rəğbət nümayiş etdirən alman professor 3 dildə dərc olunan yeni kitabı Mirzə Şəfi Vazehə layiq olduğu ehtiram, eyni zamanda onun oxucularına qiymətli hədiyyə kimi təqdim elədi. Universitetin əsasən Şərq ölkələri istiqamətində çalışan müəllim tələbələrinin toplandığı konfransda həm məzmun, həm tərtibat baxımından nəfis kitabın təqdimatını yaddaqalan hadisə kimi dəyərləndirdi.

Eva Maria Aux, tarixçi alim: "Mənim fikrimcə, bu, təkcə xoş bir gün kimi deyil, həm vacib bir hadisə kimi yadda qalacaq. Alman-Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinin növbəti nümunəsini Mirzə Şəfi Vazeh Fridrix fon Bodentştedt vəhdətində görürük. Məncə, bu, ən uğurlu nümunələrdəndir. Mirzə Şəfi Vazehin kitabının 145 dəfə alman dilində çap olunması faktının özü artıq heç bir şərhə yer saxlamır”.

Azərbaycanlı dilçi alim, professor Fəxrəddin Veysəlli isə öz çıxışında auditoriya üçün Mirzə Şəfi Vazeh yaradıcılığının maraqlı nüanslarını izah etdi. Vazeh yaradıcılığının Azərbaycan-alman mədəniyyətləri arasında uğurlu körpü rolu oynadığını vurğulayan Fəxrəddin Veysəlli bu işdə Fridrix fon Bodenştedtin xüsusi rolunu qeyd etdi. Yeri gəlmişkən, eyni fikirləri alman alimlərindən eşitdik.

Almaniyanın nüfuzlu tarixçi alimlərindən biri, professor Udo Ştaynbax: "Mirzə Şəfi Vazehin yenidən belə gözəl şəkildə alman dilində dərc olunması məni çox sevindirdi. Maraqlısı odur ki, Almaniyada Vazehin şeirlərini çox adam sevə-sevə oxuyur, amma müəllifi kifayət qədər tanımırlar. Mirzə Şəfi Vazeh Bodenştedtin yaradıcılıq əlaqələrindən bunun hər iki xalqa verdiyi gözəl töhfələrdən kifayət qədər məlumatları yoxdur. Düşünürəm ki, bu kitab onun universitetdə təqdimatı bu boşluğu doldurmaqda yardımçı olacaq”.

Şübhəsiz ki, söhbət Mirzə Şəfi Vazehin kitabından, onun şeirlərindən gedirsə, deməli, təqdimat həm ədəbi-bədii müstəvidə olmalı idi. Təşkilatçılar da bunu gözəl bilirdilər həmin hissəni "Q Gallery Berlin” incəsənət mərkəzində qonaqlara təqdim etdilər. "Xalq Əmanətilayihəsinin rəhbəri Rafiq Həşimov kitabın böyük bir kollektivin 5 ildən artıq müddətdə çəkdiyi zəhmətin bəhrəsi olaraq ərsəyə gəlməsi barədə məlumat verdi. O, ədibin 225 illiyinə təsadüf edən kitabın layihə çərçivəsində artıq 18-ci nəşr olduğunu dedi öncəki işlərin nümayiş etdirildiyi stendi qonaqlara təqdim elədi. Mirzə Şəfi Vazeh yaradıcılığıdan bəhs edən natiqlərin çıxışlarından sonra isə növbə poeziya musiqinin idi. Rafiq Həşimov alman aktrisa Kristiana Foqt şairin əsərlərini Azərbaycan alman dillərində səsləndirdilər. Vazeh poeziyasını özündə əks etdirən musiqi parçaları da qonaqların çox xoşuna gəldi.

Kristiana Foqt, aktrisa: "Maraqlıdır ki, Vazehin şeirləri mənə Höteni xatırlatdı. Ona görə sirli Şərq ədibinin əsərlərini ilk dəfədən həvəslə asanlıqla səsləndirdim. Düzü, dil, üslub, ritm baxımından mənə bu qədər yaxın olacağını düşünməzdim. Şeirlər ruhumu bütünlüklə vəcdə gətirdi. Etiraf edim ki, bu, mənim üçün gözlənilməz oldu”.

Çox gözəl ab-havada keçən gecənin yekununda isə yeni nəşrin alman, Azərbaycan rus dillərində olan nüsxələri, eyni zamanda "Xalq Bank”ın "Xalq Əmanətilayihəsinin digər kitabları hədiyyə olaraq qonaqlara təqdim edildi.

 

Azərbaycan.- 2019.- 7 noyabr.- S.7.