Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya Federasiyasının aşağıdakı mədəniyyət xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

"Əməkdar incəsənət xadimi

 

Maqomedov Cambulat Musayeviç

 

"Əməkdar artist

 

Hacıyeva Fatimə Taqirovna

Xadulayev Mutay Xadulayeviç.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 15 noyabr.- S.4.