“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini rəhbər tutaraq, "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qərara alır:

1. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, ¹ 3, maddə 39; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 515) 1-ci və 2-ci hissələri ləğv edilsin.

2. "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹7, maddə 515; 2005, ¹ 10, maddə 874; 2010, ¹ 4, maddə 276; 2013, ¹ 11, maddə 1303) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9.1-ci maddədə "Azərbaycan Respublikasının Konstitusiyasında” sözlərindən sonra "və "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda” sözləri əlavə edilsin;

2.2. 9.2-ci maddə ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 15 noyabr.- S.5.