NESKO-nun Baş Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib

 

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində mədəniyyət nazirlərinin forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda 130-a qədər ölkənin Mədəniyyət nazirləri iştirak edir. Forum çərçivəsində "Mədəniyyət və irsdialoqsülh üçün bərpa olunan enerji”, "Təhsildə mədəniyyət – insan inkişafı və innovasiya üçün fundamental ölçü”, "Dayanıqlı inkişaf və məşğulluq üçün mədəniyyət və yaradıcılığa investisiya qoyuluşu” və "İctimai məkanda mədəniyyət – sosial və şəhər transformasiyasının təkanverici qüvvəsi” mövzularında dörd panel keçiriləcək.

Forumu açıq elan edən UNESKO-nun baş direktoru Odre Azuley tədbirin əhəmiyyətinə toxunaraq Baş Konfrans çərçivəsində ilk dəfə həyata keçirilən Forumun həm üzv dövlətlər arasında, həm də üzv dövlətlərlə təşkilat arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib.

"Mədəniyyət və irsdialoqsülh üçün bərpa olunan enerjimövzusuna həsr olunmuş paneldə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, mədəniyyət və mədəni irsin qorunması sahəsində ölkə və beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanda müxtəlif etnikdini mənsubiyyətə malik insanların ənənələrini qoruyub saxlamaqla əsrlərdir sülh şəraitində birgə yaşadıqlarını, həmçinin ölkədə mövcud olan mədəni və dini abidələrin qorunması və bərpasına xüsusi diqqət yetirildiyini bildirib. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın, eləcə də Fondun müstəsna rolunu qeyd edib.

Həmçinin, Ə.Qarayev mədəniyyətlər və dinlərarası dialoqun inkişafında 2008-ci ildən ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesinin rolunu vurğulayaraq, bu təşəbbüs çərçivəsində həyata keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının mədəni müxtəliflik və dialoqu təşviq etməklə dünyada dayanıqlı inkişafa töhfə verdiyini bildirib.

Nazir Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi nəticəsində bir milyon azərbaycanlının öz doğma yurdundan didərgin düşdüyünü və qaçqın və məcburi köçkün həyatı yaşayan bu soydaşlarımızın mədəni hüquqlarından istifadə edə bilmədiyini diqqətə çatdırıb.

Forumda münasibətlərin sülh şəraitində inkişaf etdirilməsi və insan təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə dialoqa önəm verən və etimad yaradan innovativ, beynəlxalq səviyyəli tədbirlər təşkil edən UNESKO-nun rolu yüksək qiymətləndirilib.

Bildirilib ki, forum inklüziv, mədəniyyətlərarası dialoqun, mədəniyyət ifadələrinin təbliğini təşviq edən təşəbbüslər və mexanizmlər haqqında danışmaq üçün vaxtında çağırılıb. Sülhün qorunub saxlanması və davamlı inkişafın təmini baxımından mədəniyyətlərarası dialoq uzun müddətdir ki, beynəlxalq səviyyədə gündəmdə olan əsas məsələdir.

 

Azərbaycan.- 2019.- 20 noyabr.- S. 10.