Qürur doğuran yüksəliş nümunəsi

 

Azərbaycanın qüdrətlənməsi, qlobal miqyasda özünün layiqli yeri söz sahibi olan dövlət kimi fərqlənməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan reallıqdır. Hər bir sahədə özünü doğruldan fəaliyyət proqramlarının real nəticəsi olaraq respublikamız hərtərəfli inkişaf yolu ilə inamla addımlayır. İndi ölkədə iqtisadiyyatın vaxtilə əlçatmaz görünən tərəfləri belə sürətlə inkişaf edir, sosial rifah səviyyəsi durmadan yüksəlir, bütün sahələrdə dünya standartlarına uyğun müasir infrastruktur formalaşır.

Sosial-iqtisadi uğurlarda regionların öz payı var

 

Ötən 16 ilin statistikasına nəzər salsaq, qürur doğuran nailiyyətlərin qazanıldığını görərik. Ən mühüm uğurlarımızın sırasında Azərbaycanda iqtisadiyyatın 3,2 dəfə artımını xüsusi qeyd etməliyik. Azərbaycanın sənaye potensialı 3 dəfəyə yaxın çoxalıb ki, bu da ölkənin keçdiyi nümunəvi inkişaf yolunun mühüm göstəricisidir. Valyuta ehtiyatlarımızın bu dövrdə 50 milyard dolları ötməsi, iqtisadiyyata 270 milyard dollardan artıq sərmayənin yatırılması, 15 min kilometrdən çox avtomobil yolunun çəkilməsi ya yenidən qurulması kimi diqqətəlayiq göstəricilərin hər biri keçdiyimiz şərəfli inkişaf yolunun ayrı-ayrı səhifələridir. Bu, ümumiyyətlə, analoqu olmayan yüksəliş nümunəsidir.

Azərbaycanın iqtisadi uğurları sosial sferanı əhatə edən sahələrin yüksəlişinə yol açıb. İşsizlik yoxsulluğun 5 faiz həddinə enməsi, 3 min 200-dən çox məktəb binasının, 640-dan çox səhiyyə ocağının əsaslı təmiri ya yenidən qurulması, 44 olimpiya mərkəzinin, yüzlərlə idman qurğularının inşası əslində onu göstərir ki, qısa dövrdə Azərbaycan bir neçə onilliyə bərabər inkişaf yolu keçib.

Xüsusilə qeyd etməliyik ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkə iqtisadiyyatının yüksəlməsində mühüm əhəmiyyət kəsb etməklə makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin yerlərinin yaranmasında, infrastruktur kommunal xidmətlərin daha da yaxşılaşmasında, yoxsulluq səviyyəsinin aşağı düşməsində əhalinin rifah halında müstəsna rol oynamaqdadır. Bu baxımdan ölkədə qazanılan sosial-iqtisadi uğurlarda Azərbaycanın regionlarının öz payı var. Ona görə indi istənilən şəhər rayonumuzun timsalında Azərbaycanın nail olduğu yüksəlişi görmək mümkündür.

Regionların inkişafının başqa bir təsdiqi isə bu il üçün 35 şəhər rayonun dövlət büdcəsindən maliyyələşməməsidir. Bəli, hazırda bu sayda şəhər rayon özünün daxili imkanları hesabına büdcəsini formalaşdırır. Gələn il isə belə şəhər rayonların sayı 39-a çatacaq.

 

Bütün şəhər rayonlar davamlı inkişafdadır

 

Yenidən qurulan, abadlaşan iqtisadi potensialı hərəkətə gətirilən bölgələrimiz həm inkişafın milli modelinin bariz nümunələridir. Ölkəmizin ümumi tərəqqisinə hər birinin böyük töhfəsi olan şəhərlərimizin sırasında Sumqayıtın yeri tamamilə başqadır.

Bu şəhərin tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir.

Bu gün Sumqayıt ölkə Prezidenti İlham Əliyevin daim diqqət qayğısını duyur hiss edir. Bu diqqət qayğının bariz nümunəsi kimi dövlət başçısının 15 ildə Sumqayıta 24 dəfə səfərini göstərmək olar. Bu dövrdə şəhərdə qazanılan hər bir sosial-iqtisadi uğur cənab Prezidentin adı ilə bağlıdır. Xüsusən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərini dinamik inkişaf yoluna çıxarıb. Olkənin makroiqtisadi gostəricilərində bu şəhərin xüsusi cəkisi yuksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal emal muəssisələrinin fəaliyyətinin bərpası genişləndirilməsi, iqtisadi sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb.

Digər tərəfdən, Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarır bu işlərdə inamla irəliləyir. İndi Sumqayıt həm Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya neft-kimya, qara əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Sənayenin inkişafı istiqamətində xəyal görünən, dumanlı təsir bağışlayan layihələr məhz Prezident İlham Əliyevin dolğun, aydın, konkret fəaliyyət prioritetləri çərçivəsində - əzmlə, inadla, fədakarlıqla həyata keçirilir.

Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edən Prezident İlham Əliyev deyib: "Ulu Öndərin Sumqayıt şəhərinə həmişə çox isti münasibəti olmuşdur. Həm sovet vaxtında, həm müstəqillik dövründə dəfələrlə Sumqayıtda olmuşdur. Mən bu siyasəti davam etdirirəm. Mənim Sumqayıta bugünkü səfərim 15 il ərzində sayca 24-cü səfərdir. Yəni bu, özlüyündə göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir”.

Bəli, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində sürətlə inkişaf edən Sumqayıt şəhərində qeyri-neft sənayesinin davamlı inkişafının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. "Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş, "AzgüntexZavodu, "Sağlam qidaAqrar-Sənaye Kompleksi, kağız karton emalı kombinatı yağ istehsalı fabriki, "GilanTekstil Parkı, Mis Emalı Zavodu, uniformalar istehsalı fabriki, beton boru beton döşəmə daşı istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında polad polietilen borular, mexaniki hidrotexniki avadanlıqlar istehsalı zavodu, "STP” MMC-nin müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodları, İnşaat Kimyəviləri Zavodu, Bakı Əlvan Metallar Ferroərintilər Zavodu, tütün məmulatları istehsalı fabriki, pestisid aqrokimyəvi məhsullar, azot gübrəsi istehsalı, xortum fitinq birləşmələri, sürtkü yağları, polipropilen yüksək sıxlıqlı polietilen, elektron təhsil avadanlıqları, şüşə saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi istifadəyə verilib, 84 mindən çox yeni yeri açılıb. Yeni istehsal sahəsinin yaradılması nəticəsində ümumi daxili məhsul istehsalının həcmi 2,5 dəfə, sənaye məhsulu istehsalı isə 3 dəfə artıb.

Eyni zamanda, şəhərdə Olimpiya Paralimpiya İdman kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilib, Şəhər Mərkəzi Xəstəxanasının, "KimyaçılarMədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunub, "ASAN xidmətmərkəzi fəaliyyətə başlayıb, yeni Dənizkənarı Bulvar-Kompleksi salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.

Cənab Prezidentin şəhərə son səfəri əlamətdar yaddaqalan oldu. Dövlət başçısının iştirakı ilə bu dəfə Muğam Mərkəzi "Nizamikinoteatrının yeni binası istifadəyə verildi. Sumqayıtın 70 illik yubileyi günlərində dövlət başçısı tərəfindən 9 sərəncam imzalandı. Bütün bunlar Azərbaycan Prezidentinin Sumqayıta olan diqqət qayğısı kimi tarixə düşdü.

Sumqayıtın timsalında bir daha göründü ki, Azərbaycanın şəhər rayonları davamlı inkişaf yolundadır. Qazanılan uğurlarda Azərbaycanın hər bir iqtisadi zonasının, hər bir bölgəsinin böyük rolu var.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2019.- 23 noyabr.- S.1; 5.