Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm cənab Prezident.

Şəxsən öz adımdan və bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Misir nümayəndə heyəti adından iki qədim mədəniyyəti - Şərq və Qərb mədəniyyətlərini təmsil edən, tolerantlıq, sülh içərisində birgəyaşayış nümunəsi olan qardaşdoğma ölkənizdə bizi mehriban qarşılayıb qonaqpərvərlik göstərdiyinizə və səmimi görüşə görə Zati-alinizə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram.

Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı və doğma Azərbaycana getdikcə artan tərəqqi və rifah arzulayıram.

Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

 

Əl-Seyyid Əl-Şərif

Misir Ərəb Respublikası Deputatlar Məclisinin

birinci vitse-spikeri, Şəriflər Cəmiyyətinin rəhbəri

 

Azərbaycan.- 2019.- 24 noyabr.- S.5.