Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm Prezident.

Sizə ailə üzvlərinizə Allahdan nemət bərəkət arzulayırıq.

Sizi 10 il əvvəl tanıdım çox dahi bir şəxslə görüşdüyümün şahidi oldum, təkcə böyük, mühüm işlər görməyinizlə deyil, eləcə dahi görkəmli, yüksək ali məqama malik olan şəxsiyyət kimi tanıdım. Siyasət sahəsində bir çox şəxslər bu işin öhdəsindən gəlməkdə çətinlik çəkiblər bu, mənim gözlərim qarşısında baş verib.

Azsaylı bir xalqın nümayəndəsinə xüsusi münasibətlə yanaşmağınız, istəklərimizi yerinə yetirməyə səy göstərməyiniz, ehtiyac duyduqlarımızı ləyaqət sadəliklə qarşılamağınız təvazökarlıqla əlinizdən gələni etməyiniz böyük işlərdir.

Noyabrın 14-15-də təşkil etdiyiniz sammit dinlər xalqlar arasında sülh yaradılmasına xidmət edir. Bu işi böyük hörmət ehtiramla həyata keçirdiniz. Çox kiçik bir məqamı nəzərinizə çatdırım ki, saatlarla əyləşdiniz bütün iştirakçıların çıxışlarını səbirlə dinlədiniz. Bu, Sizin böyüklüyünüzün daha bir nümunəsidir. Bütün qonaqları nahara dəvət etdiniz yəhudi nümayəndəliyini diqqətdən kənarda qoymadınız. Belə ki, müqəddəs Tövrat dinimizin adətlərinə uyğun olaraq halal nemətlər ilə qidalanmağımızı təmin etdiniz. Öz xanımınızla ziyafətdə iştirak etdiniz. Eləcə mühafizə işçilərinin yüksək diqqətəlayiq alicənablığını davranışını da xüsusilə qeyd etmək lazımdır. Bu xüsusi diqqət qayğıya görə hər bir şəxsə Allahdan bərəkət diləyirəm.

Səhəri gün, noyabrın 15-də 3 nəfər nümayəndə üzvü ilə birlikdə Prezidentin qəbuluna dəvət olunduq. Mənə heç vaxt unutmayacağım təəssüratlar bəxş etdiniz. Sizin nəzakətli davranışınızdan, sadəliyinizdən söhbətinizdən dərin biliyə malik təvazökar insan olduğunuzu gördük. Xalqımızın firavanlığı üçün dua etdik. Bir daha Zati-alinizin necə böyük dahi bir şəxs olduğunu gördük. Bakının möhtəşəm küçələri, Prezidentin sadəliyi bizdə heç vaxt unuda bilməyəcəyimiz təəssüratlar yaratdı. Elə bu güclü dərin iz qoyan təəssüratlarla da ölkəmizə qayıtdıq.

Cənab Prezident.

İcazə verin, Sizə, xanımınıza, ailə üzvlərinizə Sizin kimi ali məqamlı Prezidentə layiq olan xalqınıza öz dualarımı çatdırım.

Əlavə etmək istərdim ki, Azərbaycan antisemitizmin hökm sürmədiyi yeganə ölkədir. Allah bunun müqabilində sizə nemət bərəkət bəxş edəcək. Həmişə başqalarına da bu cür nümunə olmaqda davam edin.

Dərin hörmətlə,

 

Şlomo Amar

Qüds Sefardi ortodoks baş ravvini

 

Azərbaycan. - 2019.- 24 noyabr.- S.5.