Təşviqat qaydalara uyğun aparılmalıdır

 

Bələdiyyə seçkilərində təşviqatın aparılmasına dair ümumi tələblər

 

Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrə seçkilər Seçki Məcəlləsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təyin edilir. Xatırladaq ki, növbəti bələdiyyə seçkiləri MSK-nın 18 oktyabr 2019-cu il tarixli 7/24 saylı qərarı ilə 2019-cu il dekabrın 23-nə təyin edilib.

Seçkilərin hazırlanıb keçirilməsi üçün əsas hərəkət və tədbirlər, onların ardıcıllığı və həyata keçirilməsi müddətləri üzrə Təqvim Planı da təsdiq olunub.

Seçki Məcəlləsinin tələblərinə və Təqvim Planına uyğun olaraq noyabrın 30-dan etibarən seçki kampaniyasında əsas mərhələlərdən biri olan seçkiqabağı təşviqat mərhələsi başlanacaq.

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır, yəni səsvermə günüondan əvvəlki gün saat 08:00-dan baslayaraq hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Dövlət Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq vətəndaşlar, siyasi partiyalar tərəfindən azad seçkiqabağı təşviqatın aparılması üçün şərait yaradılmasını təmin edir, habelə qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqat aparması üçün kütləvi informasiya vasitələrindən bərabər istifadə şərtlərini müəyyənləşdirir.

Seçkiqabağı təşviqat bələdiyyə seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar blokları və bu subyektlərin adından onların səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri (onlara verilmiş səlahiyyətlər daxilində) tərəfindən aparıla bilər.

Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının qanunun yol verdiyi formalardaüsullarla seçiciləri seçkilərdə iştirak etməyə və ya etməməyə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun lehinə və ya əleyhinə səs verməyə çağırışlar formasında seçkiqabağı təşviqat aparmaq hüququ vardır.

Xarici dövlətlər, xarici hüquqi şəxslər, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, 18 yaşına çatmamış vətəndaşlar, beynəlxalq təşkilatlar və beynəlxalq ictimai hərəkatlar, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları, dövlət və bələdiyyə qulluqçuları, hərbi qulluqçular, xeyriyyə təşkilatları, dini birliklər, dini idarə və təşkilatlar, seçki komissiyaları, seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri və digər vəzifəli şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qanunla qadağan edilir.

Xarici dövlətlərin, xarici hüquqi şəxslərin, xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, dövlətin və bələdiyyənin seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxslərinin nizamnamə kapitalında iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, həmin hüquqi şəxslər tərəfindən də hər hansı bir seçkiqabağı təşviqatın aparılması yolverilməzdir.

Seçkiqabağı təşviqat müxtəlif üsullarla aparıla bilər.

Seçkiqabağı təşviqat kütləvi informasiya vasitələri ilə, kütləvi tədbirlərin keçirilməsi yolu ilə, çap olunmuş audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə və qanunla qadağan edilməyən digər üsullarla aparılır.

Qeydə alınmış namizəd, siyasi partiyasiyasi partiyalar bloku seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.

Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, "dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və videoverilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir.

Mülkiyyət növünə və yayım imkanlarına görə Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna, yaxud azına yayımlanan ictimai teleradio verilişləri təşkilatlarının, təsisçiləri bələdiyyə qurumları hesab edilən teleradio təşkilatlarının, təsisçiləri fiziki və hüquqi şəxslər olanxüsusi mülkiyyətə əsaslanan teleradio verilişləri təşkilatlarının, təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olanya dövlət büdcəsindən maliyyələşən, Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna, yaxud azına yayımlanan və həftədə azı bir dəfə çıxan dövlət büdcəsindən maliyyələşən dövri mətbuat nəşrlərinin, təsisçiləri bələdiyyə qurumları hesab edilən dövri nəşrlərin və təsisçiləri ayrı-ayrı fizikiya hüquqi şəxslər olan özəl dövri nəşrlərin seçkiqabağı təşviqat prosesində iştirakı nəzərdə tutulur.

İctimai teleradio təşkilatları, təsisçiləri bələdiyyə qurumları hesab edilən teleradio təşkilatları tərəfindən seçkiqabağı təşviqat üçün ayrılan efir vaxtı və dövlət büdcəsindən maliyyələşən dövri mətbuat nəşrləri, təsisçiləri bələdiyyə qurumları hesab edilən dövri nəşrlər tərəfindən seçkiqabağı təşviqata dərc üçün ayrılan yer ödənişsiz və ödənişli əsaslarla, özəl teleradio təşkilatları və özəl dövri nəşrlər tərəfindən isə yalnız ödənişli əsaslarla həyata keçirilir.

Verilişləri Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan ictimai teleradio verilişləri təşkilatları, habelə dövlət büdcəsindən maliyyələşən dövri nəşrlərin redaksiyaları bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyalar bloklarına seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmağa borcludurlar.

Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində verilişləri yayımlanan teleradio verilişləri təşkilatları, habelə ictimai teleradio verilişləri təşkilatlarının müvafiq bölmələri, yaxud dövlət büdcəsindən maliyyələşən Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində yayımlanan dövri nəşrlərin redaksiyaları bələdiyyələrin 1/3-dən çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müvafiq inzibati ərazi vahidində seçkiqabağı təşviqat aparmaq imkanı yarada bilərlər.

Qanunda nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyalarının təsisçiləri bələdiyyə qurumları hesab edilərsə, onlar müvafiq bələdiyyənin üzvlüyünə qeydə alınmış namizədlər üçün seçkiqabağı təşviqatın aparılmasına şərait yaratmağa və qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku üçün bərabər imkanlar yaratmağa borcludurlar. Bu teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat fəaliyyətində tamamilə iştirak etmədikdə, formasından asılı olmayaraq, hər hansı materialın nəşrindən və ya efir vaxtının verilməsindən imtina edə bilərlər.

Seçkiqabağı təşviqat başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları arasında onların verdikləri ərizələr əsasında ictimai teleradio verilişləri təşkilatlarında ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədilə MSK tərəfindən, dövlət dövri mətbuat nəşrlərinin ayırdığı pulsuz dərc yerinin bölgüsü məqsədilə seçkiqabağı təşviqat müddətinin başlandığı gün müvafiq dövri nəşrlərin redaksiyalarında püşkatma keçirilir.

Püşkatmanın keçirilməsində müvafiq seçki komissiyasının üzvləri, namizədlər, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri, qanunvericiliklə müəyyən olunmuş qaydada müşahidəçi statusu almış Azərbaycan Respublikasının vətəndaşları, KİV nümayəndələri və beynəlxalq müşahidəçilər iştirak edə bilərlər.

İctimai teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır.

Təsisçiləri dövlət orqanları, idarələri, təşkilatları olanya dövlət büdcəsindən maliyyələşən, Azərbaycan Respublikasının ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan dövri nəşrlərdən hər birində ayrılan pulsuz nəşr səhifələrinin həcmi seçkiqabağı təşviqat dövründə həftəlik nəşr səhifələrinin ümümi həcminin azı 10 faizini təşkil etməlidir.

İctimai teleradio verilişləri təşkilatları və dövri nəşrlər təşviqat aparmaq məqsədilə namizədləri qeydə alınmiş siyasi partiyalara, siyasi partiyaların bloklarına müqavilə əsasında pullu efir vaxtı və dövri nəşrlərin redaksiyaları öz səhifələrində ödənişli əsaslarla yer ayırmalıdırlar. Bu zaman ayrılan pullu efir vaxtının ümumi həcmi ayrılan pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfədən artıq ola bilməz, nəşr səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi isə ayrılan pulsuz nəşr səhifələrinin həcmindən az olmamalıdır.

Teleradio təşkilatlarında və dövri nəşrlərdə ödənişli əsaslarla aparılan təşviqatın vaxtı seçkiqabağı təşviqat subyektləri arasında onların verdikləri bildiriş əsasında teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları tərəfindən keçirilən püşkatma nəticəsində müəyyənləşdirilir.

Seçkiqabağı təşviqat materiallarının efirə verilmə və ya dərc olunma şərtləri bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün eyni olmalıdır.

Püşkatma keçirildikdən sonra efir vaxtı və dövri nəşrlərdə dərc üçün yer bağlanmış müqavilə əsasında təqdim edilir. Müqavilədə seçkiqabağı təşviqatın forması, efirəçıxma vaxtı və tarixi, dərcetmə tarixi, verilən efir vaxtının müddəti, dərc üçün ayrılan yerin həcmi, ödənişin qaydası və həcmi, aparıcı jurnalistin teleradio verilişləri prosesində iştirak forması və şərtləri nəzərdə tutulmalıdır.

Efir vaxtının haqqı və dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri yalnız namizədlərin xüsusi seçki fonduya siyasi partiyaların, siyasi partiyalar bloklarının vahid seçki fondu vəsaitləri hesabına ödənilməlidir.

Püşkatma keçirildikdən sonra ayrılmış efir vaxtından və dövri nəşrlərin səhifələrindəki yerdən imtina edilərsə, bu barədə efirə çıxmağa 2 gün qalmış müvafiq teleradio təşkilatına, dərcetmə gününə isə azı 5 gün qalmış müvafiq dövri nəşrin redaksiyasına məlumat verilməlidir. Teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları sərbəstləşdirilmiş efir vaxtından və yerdən seçkiqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməzlər. Bu qurumlar seçkiqabağı təşviqat istisna olmaqla, həmin sərbəstləşdirilmiş imkanlardan öz mülahizələri üzrə istifadə edirlər.

Namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçkiqabağı təşviqat materiallarının verilməsini malların, xidmətlərin reklamları ilə və ya digər proqlamların verilməsi ilə dayandırmaq qadağandır.

Kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqat yığıncaqlar, vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s. formalarda aparılır.

Dövlət orqanları, bələdiyyə qurumları qeydə alınmış namizədə, siyasi partiyalara, siyasi partiyalar bloklarına vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində köməklik etməlidirlər.

Dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı yer (bina, otaq) seçki komissiyalarının sifarişi ilə seçkiqabağı təşviqat subyektlərinin seçki komissiyaları ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir. Göstərilən yer qeydə alınmış namizədlərdən birinə, siyasi partiyaya, siyasi partiyalar blokuna seçkiqabağı təşviqatın aparılması üçün verilmişsə, mülkiyyətçi digər namizədə, siyasi partiyaya, siyasi partiyalar blokuna eyni istifadə şərtləri ilə həmin yeri verməkdən imtina edə bilməz.

Seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara məxsus bina və otaqları müqavilə əsasında icarəyə götürmək hüququna malikdirlər.

Dövlətin müvafiq reyestrlərinə daxil edilmiş, mədəniyyət obyektləri sayılan bina və avadanlıq təşviqat məqsədləri üçün istifadə edilə bilməz.

Seçki komissiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün bərabər şərait yaradırlar, müvafiq icra hakimiyyəti orqanları isə həmin kütləvi tədbirlərin keçirilməsində təklükəsizliyi və ictimai asayişi qanunvericiliyə uyğun olaraq təmin edirlər.

Çap, audiovizual və digər seçkiqabağı təşviqat materialları buraxmaq (qanunla müəyyənləşdirilmiş qaydada) hüququndan istifadə etməklə də qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları seçkiqabağı təşviqat apara bilərlər.

Seçkiqabağı çapaudiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır.

Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyalar blokları çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini, habelə bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumatları müvafiq seçki komissiyasına təqdim etməlidirlər.

Dairə seçki komissiyalarının təklifi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalmış hər bir seçki məntəqəsinin ərazisində təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yer müəyyənləşdirməlidirlər. Həmin yerlər elə olmalıdır ki, seçicilərin gəlməsi üçün əlverişli olsunorada yerləşdirilən məlumatları oxumaq mümkün olsun.

Səsvermə üçün ayrılmış otaqlardaya onların girişində, dövlətin müvafiq reyestrinə daxil edilmiş tarix və mədəniyyət abidələri sayılan binalarda, qurğulardaotaqlarda seçkiqabağı təşviqat materialları yerləşdirilə bilməz.

Seçkiqabağı təşviqat zamanı sui-istifadə hallarına yol verilməməlidir.

Seçkiqabağı təşviqat zamanı təşviqat aparmaq hüququna malik olan subyektlər tərəfindən təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, maddi sərvət, qiymətli kağızlar, hədiyyələr vermək və onları qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkmək, dövlət və bələdiyyə mülkiyyətində olan nəqliyyat vasitələrindən pulsuz istifadə etmək, dövlət orqanlarının və bələdiyyə qurumlarının fəaliyyətini təmin edən rabitə və informasiya vasitələrindən istifadə etmək, xeyriyyə fəaliyyəti ilə məşğul olmaq, seçicilərə mükafat və bəxşiş təklif etmək, onları cəza ilə hədələmək, təzyiq göstərmək və digər qanunazidd üsullarla səsverməyə və ya səsvermədən çəkinməyə sövq etmək, digər namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təşviqat kampaniyalarına müdaxilə etmək və pozmaq, onların seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmaq, təşviqat plakatlarını və digər təşviqat materiallarını məhv etmək və korlamaq yolverilməzdir.

Hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr, sosial, irqi, milli, dini və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik yaradan, əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqatın aparılması qadağandır.

Seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmış teleradio verilişləri təşkilatları və dövri nəşrlər, eləcə də seçkiqabağı təşviqatın digər subyektləri müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar.

Efir vaxtından və dövri nəşrlərdən istifadə zamanı təşviqat prosesinin subyektləri müqavilədə müəyyənləşdirilmiş şərtləri pozduqda teleradio verilişləri təşkilatları efir vaxtının verilməsi və dövri nəşrlər isə dərc üçün yerin ayrılması haqqında müqavilənin ləğvi barədə məhkəməyə müraciət edə bilərlər.

Seçkiqabağı təşviqat zamanı qanunvericiliyin tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cinayət, mülkiinzibati məsuliyyətin yaranmasına səbəb olur.

Seçki Məcəlləsi ilə seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti MSK nəzdində yaradılmış və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.

 

Almas QƏHRƏMANLI,

Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının üzvü

 

Azərbaycan.- 2019.- 24 noyabr.- S.1; 7.