Gənclərin “Xarı bülbül” yaradıcılıq festivalı

 

Binəqədi rayonu Şuşa Dövlət Musiqili Dram Teatrında "Xarı bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etməkdən, gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqdan, uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdan ibarətdir.

Festivalın rəsmi açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Samir Kazımov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Qarabağ qaziləri, gənclər, o cümlədən Türkiyə, Macarıstan və Moldovadan olan gənclər, məktəblilər iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhid polkovnik Qasım Ramazanovun qızı Fidan Ramazanovanın skripkada ifası ilə Binəqədi rayonunun gənclərinin əl işlərinə, rəsm əsərlərinə baxış keçirilib, sonra yaradıcı gənclər musiqi, şeir və rəqslər ifa edib, tamaşalar göstəriblər.

 

Azərbaycan.- 2019.- 27 noyabr.- S.9.