R.M.Əfəndizadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə Rəna Mahmud qızı Əfəndizadə 2 ci dərəcəli "Əmək” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 29 noyabr.- S. 2.