Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

 

Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə SiziSizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ötən illər ərzində Çin Xalq Respublikası böyük inkişaf mərhələsi keçərək həyatın bütün sahələrində misilsiz uğurlar qazanmış, köklü iqtisadi islahatlar yolu ilə modern infrastruktura malik ölkəyə, dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Müəllifi olduğunuz "Bir kəmər, bir yol" təşəbbüsü irimiqyaslı transmilli beynəlxalq əməkdaşlıq layihəsi kimi ayrı-ayrı ölkələrin və bütövlükdə Avrasiya məkanının çiçəklənməsi üçün geniş imkanlar açmışdır.

Xüsusi olaraq qeyd etmək istərdim ki, biz Azərbaycan-Çin əməkdaşlığına böyük əhəmiyyət veririk. Qədim tarixə və xoş ənənələrə malik olan əlaqələrimiz hazırda özünün dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi siyasi, iqtisadihumanitar sahələrdə birgə səmərəli işimiz üçün yaxşı zəmin yaratmışdır. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada daha da dərinləşməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülhrifah diləyirəm.

 

Hörmətlə,

 

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 sentyabr 2019-cu il.

 

Azərbaycan.- 2019.- 1 oktyabr.-  S. 2.