İslahatçı Prezidentin ölkəsi də beynəlxalq reytinqlərdə öndədir

 

Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilmişdir. Bu sənəddə göstərilir ki, Azərbaycan "Doing Business” üzrə dörd sahədə sahibkarlıq fəaliyyətinin asanlaşdırılması ilə bağlı islahatlar həyata keçirmişdir.

Ölkəmizdə əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsi ilə bağlı tətbiq edilən yeniliklər Dünya Bankının "Doing Business 2020” hesabatının diqqətindən yayınmamışdır.

Həmçinin bu mötəbər qurumun hesabatında məxsusi olaraq qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənmişdir. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənmişdir. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflərin onlayn qaydada müraciət göndərmək və vasitəçilik etmək üçün maddi stimul əldə etmək hüququ da müsbət tendensiya kimi göstərilir. Qeyd edək ki, ölkəmiz dünyanın iqtisadi müstəvisində müxtəlif nüfuzlu reytinq agentliklərinin keçirdikləri əksər sorğular da ön yerdədir.

Fond MDB ölkələri üçün builki iqtisadi artımı 1,9 faiz, gələn il üçün isə 2,4 faiz həcmində proqnozlaşdırmışdı. Rusiya istisna olmaqla digər MDB ölkələrində ÜDM bu il və gələn il müvafiq olaraq 3,5 və 3,7 faiz həcmində idi.

ABŞ-ın Çinə, Rusiyayaİrana tətbiq edə biləcəyi sanksiyaların bədbin perspektivləri və dünyada getdikcə güclənən geopolitik silkələnmələr enerji daşıyıcılarının qiymətlərindəki sabitliyi pozurbütün ölkələrdə investisiyaların və uzunmüddətli istehlak mallarına olan tələbatın həcminin azalmasına səbəb olur. Əsas hissəsini maşınqayırma və istehlak məhsulları təşkil edən dünya ticarətinin dinamikasında süstlük nəzərə çarpır. 2020-ci ildə proqnozlaşdırılan artım tempi isə dayanıqlı deyil və bütünlükdə dünya iqtisadiyyatının inkişafında risklərin meydana gəlməsi ehtimalını artırır.

BVF-nin həyəcan təbili çaldığı belə bir vaxtda Azərbaycan üzrə bu fondun missiya rəhbəri Natalia Tamirisa ölkəmizin xarici dövlətlər qarşısında öhdəliklərinin azaldılması ilə bağlı niyyətləri barədə nikbin hesabatla çıxış etdi. O praqmatik məruzəsini real rəqəmlərin üstündə qurmuşdu və yalnız faktların aliliyinə söykənirdi. Natalia xanım birinci onu qeyd etmişdi ki, fond Bakı ilə maliyyə vəsaitlərinin alınması üzrə danışıqlar aparmır və ümumiyyətlə, 2005-ci ildən üzü bəri Azərbaycana heç bir kredit ayırmamışdır. Bakı heç vaxt maliyyə yardımı üçün müraciət etməmiş və buna ehtiyac duymamışdır. BVF missiyasının bu ölkəyə səfərinin əsas məqsədi maliyyə yardımlarının məzmunu və kreditlərin ayrılması yox, yalnız fondun nizamnaməsinin IV maddəsinə uyğun ənənəvi məsləhətləşmələrin keçirilməsi olmuşdur. Fondun ölkə rəhbərliyi, işgüzar dairələr və digər maraqlı tərəflərlə keçirdiyi bütün görüşlərdə bir qayda olaraq iqtisadi xülasələr, maliyyə sektorundakı problemlər və struktur islahatları müzakirə edilir. Yəni BVF Bakıya ötən əsrin sonunda olduğu kimi, yeni əsrin əvvəlində də nəzarət etmir, hər hansı tələbləri irəli sürmür. Sadəcə bərabərhüquqlu tərəflərin bərabər müzakirələri aparılır. Dünya iqtisadiyyatında mövcud təhlükələrlə bağlı həyəcan təbili çalındığı bir vaxtda Azərbaycanla bağlı nikbin məruzənin təqdim edilməsi ölkə və hər bir vətəndaş üçün qürurverici məqamdır.

Həqiqətən də ölkəmizin iqtisadi uğurları, apardığı islahatlar həm dünya mətbuatının, həm də nüfuzlu beynəlxalq reytinq agentliklərinin diqqət mərkəzindədir. Nailiyyətlərimiz izlənilir, araşdırılır, islahatlar dəyərləndirilir və bu haqda dünya ictimaiyyətinə geniş məlumat verilir. Bu ona görə belədir ki, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər qısamüddətli deyil, kampaniya xarakteri daşımır və başlıcası, israrla həyata keçirilən uğurlu siyasətin, sistemli və ardıcıl islahatların son nəticəsidir. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən çoxsaylı proqramların hamısını sadalamadan onu qeyd edə bilərik ki, qarşıya qoyulan məqsədlərin hamısı nəzərdə tutulan vaxtda və ən yüksək səviyyədə yerinə yetirilir. Əldə edilən nəticələrə görə, ölkəmiz nüfuzlu reytinq agentlikləri tərəfindən demək olar ki, ildə bir neçə dəfə yüksək qiymətləndirilir.

Azərbaycanın dünyanın inkişaf etmiş nəhəng ölkələri ilə bir sırada durması, adının onlarla yanaşı çəkilməsi möhtəşəm uğurları təsdiq edən bariz nümunədir. Bütün beynəlxalq reytinq agentliklərinin verdiyi qiymətləndirmələr iqtisadiyyatın hərtərəfli inkişafını, islahatların mükəmməl icrasını təsdiq edir.

Ölkə iqtisadiyyatının sürətlə bütün istiqamətlərdə şaxələndirilməsi, qeyri-neft sektorunda reallaşdırılan nəhəng layihələr, aqrar sektorun ənənəvi sahələrinin yüksək templə inkişafı, yüz minlərlə yeni yerlərinin açılması, işsizliyin minimum həddə endirilməsi Azərbaycanı nəinki regionda irəli çəkdi, hətta dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada durmasına səbəb oldu. Qürurverici haldır ki, iqtisadiyyatın və hərbi sənayenin yeni intellektual sahələrinin yaradılması sayəsində biz həm də silah ixrac edən ölkəyə çevrilmişik. İqtisadi ekspertlər həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etiraf edirlər ki, əgər son illər ərzində ölkədə bütün sahələrdə sanballı və iritutumlu səmərəli sosial-iqtisadi islahatlar aparılmasaydı, onların həyata keçirilməsi ciddi nəzarətə götürülməsəydi, yeni uğurlara imza atmaq çətin olardı.

Ölkəmizin dünyaya açıq olması, demokratik dəyərlərə üstünlük verməsi, iqtisadisiyasi azadlıqların təminatçısı kimi çıxış etməsi, həmçinin qabaqcıl dünya təcrübəsinə sürətlə yiyələnməsi, daxilixarici sərmayədarları həvəsləndirməsi, onların maneəsiz fəaliyyəti üçün ciddi güzəştlərin tətbiq edilməsi öz bəhrəsini verdi.

Müstəqilliyin ilk onilliklərində Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və sürətlə islahatlara gedən ölkə kimi məşhurlaşdı. Ölkənin iqtisadi müstəqilliyinin tam təmin edilməsi onu regionda yeni güc mərkəzinə çevirdi, heç bir dövlətdən asılı olmayan sərbəst siyasət yeritməyə imkan verdi. Prezident İlham Əliyev uğuru təmin edən amilləri belə qeyd edir: "Biz həmişə populizmdən, populist ritorikadan uzaq olmuşuq. Bəzən hətta çalışmışıq ki, özümüzü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurla inkişaf etməsi üçün lazım olan işi görək”.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 2 oktyabr.-  S. 1; 7.