Heç kim unudulmur, heçyaddan çıxmır

 

"Babək 44” taborunun keçmiş döyüşçüləri ilə görüş keçirilmişdir

 

1992-ci ildə yaranmış "Babək 44” taborunun keçmiş döyüşçülərinin Tərtərdə görüşü təşkil edilmişdir.

Müdafiə Nazirliyi, "Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə keçmiş döyüşçülər Tərtərdəki Şəhidlər abidə kompleksinin, Azərbaycanın Milli qəhrəmanları Vəzir OrucovunElman Hüseynovun büstləri önünə əklil və tər gül dəstələri qoyublar. Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Tərtər Rayon Mədəniyyət Mərkəzində "Babək 44” taboru haqqında çəkilmiş filmin təqdimatı olub. İlk olaraq respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Filmin ideya rəhbəri, ehtiyatda olan zabit Nazim Quliyev çıxış edərək "Babək-44” taborufilm haqqında məlumat verib. Bildirib ki, 1992-ci ildə yaradılmış bu hərbi hissənin tərkibində şərəfli döyüş yolu keçmiş "Babək 44” taboru ən qızğın döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlıqla seçilib. Tabor 400 nəfərə qədər əsgər və zabitdən formalaşıb, döyüşlərdə 174 şəhid və itki verib. Taborun döyüşçülərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, yeddi nəfər "Azərbaycan Bayrağı” ordeni, iki nəfər isə "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Sonra filmə baxış olub. Filmdə taborun yaranma tarixi, keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar, döyüşdüyü əsas ərazilər barədə məlumat verilir. Filmin çəkilişləri zamanı Dağlıq Qarabağ uğrunda, Ağdərə ətrafında gedən döyüş kadrlarından, həmçinin döyüşlərdə iştirak etmiş şahidlərin, komandirlərin, şəhid valideynlərinin müsahibələrindən istifadə olunub.

Tədbir iştirakçıları N saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüşüblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında keçmiş döyüşçülərin görüşünün təşkilini və "Babək 44” taboru haqqında çəkilmiş filmi yüksək qiymətləndirib, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından, xalqla ordunun monolit birliyindən danışıb. Bildirib ki, Qarabağ müharibəsi zamanı igidliklə döyüşmüş tərtərlilər bu günöz doğma torpaqlarında mətin dayanıb və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad olunması uğrunda döyüşə atılmağa hər an hazırdırlar.

"Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədov, "Babək 44” taborunun ilk komandirləri Elxan Qəniyev, Abukər Mirzəyev və başqaları çıxış edərək taborun keçdiyi şərəfli döyüş yolundan, Azərbaycan Ordusunun qüdrətindən danışıblar. Çıxışlarda hərbi qulluqçuların, eləcə də müharibə veteranlarının hər an müqəddəs savaşa hazır olduğu bildirilib.

Sonra xidmətdə fərqlənən hərbi qulluqçulara və "Babək 44” taborunun keçmiş döyüşçülərinə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, Gəncə qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin və respublikanın tanınmış incəsənət xadimlərinin ifasında geniş konsert proqramı ilə davam etdirilib.

"Babək 44” taborunun keçmiş döyüşçüləri ön xəttə gedərək, səngərdə xidmət edən əsgər və zabitlərlə də görüşüblər.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.- 2 oktyabr.-  S. 8.