Prezident İlham
Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gəlib.
AZƏRTAC-ın xüsusi
müxbiri xəbər verir
ki, hər iki ölkənin
dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda
dövlətimizin başçısını Krasnodar
vilayətinin qubernator müavini
Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski
və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 1.