Şərur yallıları

 

Bu milli oyunun Naxçıvanda 100-dən çox növü olub

 

Elə ki hava qaraldı, gecənin bağrını dələn bir səs yüksəlir göyə - "Yallı”nın səsi. Onda nə hikmət, nə ululuq varsa adamı tez ofsunlayır, sehrinə salır. Nağaranın səsi dağlarda, daşlarda əks-səda verir. Hay-harayın kəndləri bürüdüyünün şahidi olursan, qollar çarpazlaşır, ayaqlar şimşəkdən sanki güc alır, musiqinin adamı yerindən oynadan xoş sədaları ətrafa yayılır. Oğuz elinin oğulları mağar boyu halay qurur, yallı tuturlar.

Yaşlı nənələr, sinəsi sazlı-sözlü babalar - müdriklik mücəssəməsi olanlar danışırlar ki, qədimlərdə də belə olub: Şərur elinin toyları təmtəraqlı keçib. Bütün məclislərdə elimizin gözəl rəqsi olan "Yallı”nı hamı şövq ilə oynayıb. Toy yallı ilə başlayıb, elə onunla da sona çatıb. Şərurda az adam tapılar ki, bütövlük, birlik simvolu olan, vətənpərvərlik, mübarizlik təlqin edən bu qədim rəqsi oynamağı bacarmasın. Elə "YallıŞərur elinin "milli emblem”idiraforizmi bu mənada yaranıb. Həm ona görə ki, Şərur deyiləndə folklorumuzun bu qədim növü yada düşür.

Müasir dövrdə, mədəniyyətlərin qovuşağında, inteqrasiyasında yallılarımız da milli-mənəvi dəyərlərimiz kimi, sərhədlər aşıb heyrət yaradır. Şərurda fəaliyyət göstərən folklor ansamblları incəsənətimizin bu nadir növünü qoruyub saxlayaraq yaşadır, nəsildən-nəslə uğurla əmanətləyirlər.

Yallılar milli pasportumuz olan tarixi abidələrimiz qədər dəyərlidir. Səs-sorağı sərhədləri aşır Şərur yallısının. 1924-cü ildən fəaliyyətə başlayan "Yallıfolklor ansamblı böyük səhnəyə 1936-cı ildən çıxıb. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti incəsənəti ongünlüyündə doğurduğu rezonans isə o zaman dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin bu münasibətlə kollektivə göndərdiyi təbrik teleqramında da öz əksini tapıb.

Bu qədim el sənətini yaşadan kollektiv Azərbaycan tarixinin dirçəliş mərhələsinin başlanğıcından fenomenal şəxsiyyət olan Heydər Əliyevin diqqət qayğısı sayəsində hələ sovetlər dönəmində ümumittifaq miqyaslı tədbirlərin fəal iştirakçısına çevrilib.

Yallılarımız Azərbaycanın milli mədəniyyətinin, folklorunun gözəl incisidir. Yallılar Azərbaycanın bir çox bölgələrində yayılıb inkişaf edib. Amma yallının çox növü Şərurda daha geniş yayılıb: "Şərur yallısının çox böyük tarixi var. Bir əsrə bərabər yaşı olan bu rəqs növü günümüzədək qorunub saxlanılıb. Məqsədimiz yallılarımızı gələcək nəsillərə təqdim etməkdən ibarətdir. "Şəruryallı ansamblı əvvəllər kiçik qrup şəklində olub. Sonradan dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin SSRİ Ali Sovetinə bu rayondan deputatlığa namizədliyi irəli sürülüb. Onun seçiciləri ilə göruşə gəlməsi zamanı konsert proqramı təşkil olunub. Orada yallı da oynanılıb. Bu qədim rəqs növü bəstəkarın xoşuna gəlib. Deyib ki: "Azərbaycanda da yallılar var. Amma yallı Şərurda doğulub. Yallının məkanı Şərurdur”.

Belə gözəl fikirlər müəyyən zamanlarda Ulu Öndər Heydər Əliyev tərəfindən deyilib. Bakıda keçirilən tədbirlərdə iştirak edəndə, Ulu Öndərin bizim kollektivə yaxınlaşıb söylədikləri xatirimdədir: "Şəruryallısı bizim dünənimiz, bugünümüz gələcəyimizdir. Şərur yallılarını qoruyub saxlamalıyıq”.

"Şəruryallı ansamblı nəinki Azərbaycanda, ondan kənarda, dünyanın bir çox ölkələrində keçirilən folklor festivallarına qatılıb. Keçmiş SSRİ dönəmində Almaniyada, Macarıstanda, Polşada olan ansambl 2000-ci ildə Misir Ərəb Respublikasında keçirilən folklor festivallarında iştirak edib. Kollektiv orada yüksək çıxışına görə "Qızıl açarmükafatına layiq görülüb. Mədəni əlaqələr genişləndikdən sonra demək olar ki, kollektiv bir qayda olaraq, hər il Türkiyəyə dəvət olunur, folklor festivallarında iştirak edir.

Ansamblın üzvlərinin əksəriyyəti Azərbaycanın Naxçıvanın fəxri adlarına layiq görülüb. Onların arasında Prezident mükafatçıları da var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur yallıları haqqında fikirlərini belə ifadə edib: "Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya Şərur yallıları”.

Mənbələrdə göstərilir ki, "Yallırəqs növünün tarixi çox qədimdir: yazılı mədəniyyətdən əvvəlki dövrlərə təsadüf edir. Oğuz ellərinin həyat tərzi, məişəti, dünyagörüşü "Kitabi-Dədə Qorquddastanının boylarında sözlə, fikirlə, yallılarda isə rəqslə, ritmlə, hərəkətlərlə ifadə olunur. Mütəxəssislərin fikrincə, bir vaxtlar Şərur bölgəsində yallının 100-dən çox növü olub: "Çolağı”, "Üç addım”, "Köçəri”, "Dönə Yallı”, "Qaz-qazı”, "El Yallısı”, "İki ayaq”, "Qaladan-qalaya”, "Şəranı s.

Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bugünə gəlib çıxıb. Şərur yallısının qorunması, yaşadılması təbliğində "Şəruryallı ansamblının mühüm rolu olub.

1972-ci ildə Almaniya Demokratik Respublikasında folklor festivalı keçiriləndə "Şəruryallı ansamblını həmin tədbirə Xalq artisti Əminə Dilbazi hazırlaşdırır. Məşhur rəqqasə xatirələrində yazırdı: "Mən bilirdim ki, bizim yallı mədəniyyətimiz Naxçıvanda - Şərur torpağındadır. Biz ora - Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi”.

Həmin il ansambl SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif olunur. Kollektivə xalq yallı ansamblı statusu verilir. 1984-cü ildə Polşanın Zelyonnaya Qora şəhərində təşkil olunan beynəlxalq festivala qatılan ansamblın fəaliyyətini əks etdirən "Şərur yallısısənədli filmi çəkilir. Kollektivin bu uğurlarında Əminə Dilbazi, Əlibaba Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi Azərbaycanın tanınmış musiqi rəqs ustalarının böyük xidmətləri olub. Müstəqillik dövründə ansambl daha böyük uğurlara imza atır. Kollektiv 1997-ci ildə Türkiyənin İsgəndərun, 1998-ci ildə Bayburt şəhərlərində keçirilən Dədə-Qorqud festivallarında uğurla çıxış edir. 2001-ci ildə Misirin paytaxtı Qahirədə XII Beynəlxalq Folklor Festivalında da yüksək sənət nümayiş etdirir. Bu gün Şərur rayonunda "Şərur qönçələri” "Uşaq yallısı”, "Gənclər yallısı "Nurani yallısıfəaliyyət göstərir.

"Naxçıvan-Şərur el yallılarıkitabı da xalq musiqi xoreoqrafiya incilərinin qorunub saxlanması gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli deyir ki, yallıların əksəriyyəti xalqın süzgəcindən süzülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır: "...Yallıların toplanıb nota salınması işini oğlum Kənan Məmmədli ilə özümüzə vəzifə borcu saydıq bu yallıları toplayıb nota saldıq. 92 yallı növü topladıq. Azərbaycanın əməkdar mədəniyyət işçisi İsgəndər Əliyevlə, MR-in əməkdar artisti, tarzən Zöhrab Axundovun köməyi ilə yallıların toplanmasını həyata keçirdik. Yallıların əksəriyyət növü Şərur bölgəsində inkişaf edib. Gözəl musiqi xoreoqrafiya abidəmiz olan yallıları toplayıb kitab halında gələcək nəslə ərmağan etdik. Belə qənaətə gəldik ki, harada yallı varsa, ora oğuz türklərinin torpağıdır”.

Unutmayaq ki, yallı xalqımızın birlik rəmzidir. Onu qoruyub saxlamaq isə hər kəsin müqəddəs borcudur.

 

Adilə SƏFƏROVA,

 

əməkdar mədəniyyət işçisi

 

Azərbaycan.- 2019.- 4 oktyabr.-  S. 6.