Dövlət Komitəsinin sədri Hicran Hüseynova Serbiyada keçirilən beynəlxalq konfransda iştirak edib

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Serbiya Respublikasında keçirilən "Lider qadınlar və davamlı inkişaf-mütləq inkişaf” adlı beynəlxalq konfransda iştirak və çıxış edib. Bu barədə AZƏRTAC-a komitədən məlumat verilib.

Tədbirdən əvvəl Hicran Hüseynova Belqradın Taşmaydan parkında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Beynəlxalq konfransın "Qadın liderlər–keçmiş, bu gün və gələcəkdə” adlı birinci panelində çıxış edən komitə sədri bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Prezident İlham Əliyevin 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ilielan edilməsi haqqında Sərəncamından irəli gələrək cümhuriyyətin 100 illiyi ölkəmizdə, o cümlədən dünyanın bir çox ölkələrində təntənəli şəkildə qeyd olundu. Müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğunu inkişaf etdirir. Həmçinin Prezidentimizin uğurlu dövlət idarəçiliyi ilə bölgələrimizin sosial-iqtisadi inkişafı qadınların qarşısında böyük imkanlar açır.

"Hər bir dövlətin, xalqın inkişafı üçün həmişə hərəkətverici qüvvəyə ehtiyac olub və qadınlar belə bir məsuliyyətin öhdəsindən ləyaqətlə gəliblər. XIX sonu və XX əsrin əvvəllərində qadınlarımız novator ideyalar irəli sürərək, demək olar ki, yeni gender münasibətləri formalaşdırdılar. Belə ki, onlar xeyriyyəçilik fəaliyyəti ilə ilk qadın məktəbləri, qadın cəmiyyətləri yaratmaqla ictimai aktiv qadınların sayının artmasına dəstək oldular. Təhsilli qadın-təhsilli millət - bu, ölkənin vacib məsələlərindən biri idi. Əhalinin, xüsusilə də qadınların təhsil alması əsas vəzifəyə çevrildi”, - deyə Hicran Hüseynova bildirib.

Komitə sədri xüsusilə qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştirakına marağı artıb. Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr səhiyyə, mədəniyyət, sosial, ekologiya sahələrindən əlavə idman sahəsini və digər sahələri əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə qadın hüquqlarının müdafiəsi istiqamətində aparılan işlər xüsusilə qeyd olunmalıdır.

Hicran Hüseynova bütün nailiyyətlərlə yanaşı, ölkəmizin hələ də müharibə şəraitində olduğunu vurğulayıb. Qaçqın və məcburi köçkünlərin, xüsusilə də bu təbəqədən olan qadınların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, təhsil, tibb və digər xidmətlərin əlçatan olması üçün hökumət bütün zəruri işləri görür. Azərbaycanın bu sahədə təcrübəsi oxşar problemlər yaşayan ölkələrə nümunədir.

Həmçinin qadınların iqtisadi baxımdan vəziyyətinin yaxşılaşdırılması – yoxsulluq olmayan bir dünya mövzusunda ikinci paneldə çıxış edən Hicran Hüseynova bildirib ki, müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçikorta sahibkarlığın daha dinamik hissəsini təşkil edir. Statistik məlumatlara görə, dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaradıblar. Bu, onu göstərir ki, qadınların iqtisadi təşəbbüskarlığı artmaqdadır. Azərbaycanda da qadınlar ildən-ilə kiçikorta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Komitə sədri bildirib ki, BMT-yə üzv dövlətlər Dayanaqlı İnkişaf Məqsədlərinə qoşularaq 2030-cu ilədək 17 məqsəd üzrə hədəflər müəyyən edib. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni məqsədlər fonunda qarşıdakı 11 il ərzində ölkələr "heç kəsi kənarda qoymamaqprinsipini rəhbər tutaraq, yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək üçün bütün səylərini səfərbər edəcəklər.

"Bizim məqsədimiz odur ki, sahibkar qadınlarımız daha da inkişaf etsinlər, yeni bazarlara çıxış imkanlarına malik olsunlar, öz işlərini daha da genişləndirsinlər. Buna görə də çox vacibdir ki, həm yerli, həm də beynəlxalq səviyyədə əlaqələr qurusun, şəbəkələr yaradılsın. Azərbaycan BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Genderİqtisadiyyat üzrə Tematik İşçi Qrupunun sədridir. Bir sıra layihələrimiz BMT-nin İnkişaf Proqramı, Əhali Fondu, Uşaq Fondu, Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə reallaşır. Bu gün sahibkar qadınlarımız digər ölkələrin sahibkar qadınları ilə çox sıx əməkdaşlıq edir, ikitərəfli memorandumlar imzalayırlar. Türkiyə, Belarus, Rusiya və digər ölkələrin sahibkar qadınları ilə bağlanmış əməkdaşlıq sənədlərini misal göstərmək olar. Artıq bizdə belə bir təcrübə var ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Bu gün fəaliyyət göstərən 8 Qadın Resurs Mərkəzi, eyni zamanda, 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi buna əyani misaldır”, - deyə komitə sədri qeyd edib.

Hicran Hüseynova bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadisosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi nəticəsində bu gün kənd qadınları çox fəaldırlar. Kənd yerlərində yaşayan qadınların yeni yerləri tapması üçün xüsusi və əmək yarmarkaları reallaşdırılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə son 7 ayda sahibkar qadınların iştirakı ilə 50-dən artıq tədbir keçirilib. Həmçinin Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçikorta sahibkarlığı artırır. Son 16 ildə 4347 qadın sahibkara 79,1 milyon manat kredit verilib, o cümlədən qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 6797 yeni yeri açılıb.

Konfrans müzakirə və məruzələrlə işini davam etdirib.

 

Azərbaycan.- 2019.- 4 oktyabr.- S. 7.