Boğazımızın qənimi - faringit

 

Havaların dəyişməsi ilə bərabər şikayət edilən xəstəliklərdən biriboğaz ağrısıdır. Bəs boğaz ağrısının yaranmasına nə səbəb olur? Boğaz ağrısını sağaltmaq üçün nə etmək lazımdır?

Boğaz ağrısı barədə məlumat verən qulaq-burun-boğazbaş-boyun cərrahı Cavid Cabbarzadə bildirir ki, udlağın iltihabı olan faringitə insanların əksəriyyətində rast gəlinir və müddətinə görə iki növü var. Əgər yeni yaranmış və şiddətli şikayətlər verirsə kəskin, uzun müddət davam edirsə və xəstədə çox güclü şikayətlər vermirsə xroniki faringit adlanır.

Kəskin faringit əsasən üst tənəffüs yolu infeksiyasından sonra müşahidə olunur və səbəbi daha çox viruslardır. Xroniki faringitin yaranmasında isə əsasən qıcıqlandırıcı faktorlar rol oynayır. Siqaret istifadəsi, alkoqol qəbulu, allergiya, postnazal axıntı, qurukirli hava mühiti, burun tıxanıqlığına səbəb olan faktorlar, reflüks, çox istisoyuq qidalar, boğaztəmizləmə refleksinin tez-tez təkrarlanması, diş və badamcıq iltihabı bu faktorlardandır.

 

Əlamətləri

 

Həkim bildirir ki, kəskin faringitdə xəstənin şikayətləri qabarıqdır. Boğazda ağrı, udqunma çətinliyi, boğazda quruluq, yanma, qaşınma hissi, temperatur, öskürək kimi şikayətlər olur. Boyunda limfa düyünlərinin böyüməsi, burun tıxanıqlığı, burun axıntısı, başağrısı, halsızlıq kimi şikayətlər də müşahidə oluna bilər. Xroniki faringitdə temperatur, halsızlıq, süstlük kimi şikayətlərə rast gəlinmir. Boğazla bağlı şikayətlər yüngüldür, ancaq uzun müddət davam edir. Boğazda quruluq, yanma, qıcıqlanma, yad cisim qalma hissi, udqunma pozğunluğu kimi şikayətlər ola bilər. Qıcıqlandırıcı öskürək olur. Həm kəskin, həm də xroniki faringitin diaqnozu xəstənin anamnezinə və müayinəyə əsasən qoyulur.

 

Müalicəsi

 

Kəskin faringitin virus mənşəli olduğu müəyyənləşərsə antibiotik verilmir, ancaq prosesə bakteriyaların da qoşulduğu aydınlaşanda antibiotiklərdən istifadə olunur. Əlavə olaraq ağrıkəsicilər, allergiyası olan xəstələrdə antihistaminlər, burunaçıcı spreylər, öskürək əleyhinə preparatlarboğaz üçün qarqaralar istifadə oluna bilər.

Xroniki faringitin müalicəsi daha mürəkkəbdir. Müalicə ilə yanaşı, xəstənin müəyyən pəhrizə də diqqət etməsi vacibdir. Ancaq yenə xroniki faringit nadir hallarda tam olaraq sağalır. Öncəliklə onu yaradan səbəb aşkar olunmalı müvafiq müalicə aparılmalıdır. Antibiotiklər əksər hallarda faydasızdır. Postnazal axıntını azaldan sprey qarqaralar istifadə edilir. Reflüks əleyhinə dərmanlar təyin edilir.

 

Nələrə diqqət edilməlidir?

 

Siqaret alkoqol istifadəsini azaltmaq ya kəsmək;

Tozlu mühitlərdə qalmamağa çalışmaq;

Çox soyuq isti qidalar qəbul etməmək;

Allergiyaya səbəb olan faktorlardan uzaq düşmək;

Tez-tez şiddətli boğaztəmizləmələri azaltmaq;

Bol miqdarda C vitamini ilə zəngin qidalar qəbul etmək.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 6 oktyabr.-  S. 5.