Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Mediaictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2019-cu il oktyabrın 2-də keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası, eləcə də bələdiyyə seçkilərinin təşkilinin daha da təkmilləşdirilməsi məqsədi ilə genişmiqyaslı maarifləndirmə layihəsinin gerçəkləşdirilməsi məsələsinə baxılıb. Cari ildə müxtəlif statuslu demək olar ki, bütün seçki subyektləri üçün nəzərdə tutulan çoxsaylı maarifləndirmə tədbirləri komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra, tərtib edilmiş tədris proqramına uyğun olaraq, ilk irimiqyaslı maarifləndirmə layihəsi kimi dövlət başçısının sözügedən Sərəncamına əsasən 2019-cu il oktyabrın 11-də Bakı şəhərində MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə, 15-17 oktyabr tarixlərində isə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün yerlərdə dairə seçki komissiyalarının inzibati binalarında seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsinə qərar verilib.

İclasda bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması məsələsi də müzakirə edilib. Komissiyanın qərarı ilə seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla, 14 saylı Xəzər və 28 saylı Sabunçu üçüncü seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilib.

Komissiyanın iclasında 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının tərkibində də dəyişiklik edilibcari məsələlərə baxılıb.

Xarici qurumların, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.

 

Azərbaycan.- 2019.- 9 oktyabr.-  S. 6.