Azərbaycan milli pavilyonuPekin Ekspo 2019” sərgisində “Xüsusi mükafata layiq görülüb

 

Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə "Pekin Ekspo 2019” sərgisində "Xüsusi mükafata (ikinci yer) layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanla yanaşı, bu mükafatı Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, SinqapurNiderland da alıb. Birinci yer üzrə mükafatı isə Qətər, Böyük Britaniya, AlmaniyaYaponiya qazanıb.

Qeyd edək ki, "Pekin Ekspo 2019” sərgisi aprelin 29-dan oktyabrın 7-dək davam edib.

Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə milli pavilyonla təmsil olunub.

"Azərbaycan: təbiət və incəsənətin harmoniyası” adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarixi və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirib.

 

Azərbaycan.- 2019.- 9 oktyabr.- S. 7.