Görkəmli elm xadimləri Nəsimi irsi haqqında

 

* "Nəsimiyə görə, insan hünər dalınca qaçmalıdır. Əsl hünər isə özünü dərk etmək, həqiqətləri düzgün başa düşməkdir. İnsan bədəni elə bir tilsimdir ki, onun minbir sirri vardır. Bu həqiqəti, bu sirləri başa düşən insan isə hamının hörmətinə layiqdir”.

 

Həmid ARASLI

 

* "Nəsimi insanı sevməsi ilə bu gün bizim üçün əzizdir. Nəsimi Azərbaycan dilinə o dövrdə bəlkə də ədəbi dil üçün hələ xarakterik olmayan dilüslub məqamlarını gətirdiyinə görə bizə əzizdir. Nəsimi öz təfəkkür tərzinin yeniliyi ilə bizim üçün əzizdir. Nəsimidə çox yüksək və geniş şəkildə dünyaya, bəşəriyyətə məhəbbət hissləri öz əksini tapıb. Nəsimi ayrı-ayrı xalqları, ayrı-ayrı dinlərin nümayəndələrini deyil, bütün insanları, bəşəriyyəti sevir, bu, onun şeirlərində özünü göstərir”.

 

Kamal ABDULLA

 

* "Cəmi 48 il ömür sürmüşüç dildə: Azərbaycan, fars və ərəb dillərində böyük və zəngin ədəbi irs yaratmış İmadəddin Nəsiminin şeirlərində ifadə olunan yüksək humanizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyaları zamanı daha da irəli aparan çağırışlardır. Nəsiminin böyük idealları müasir dövrün də ideyalarını əks etdirir, onun əsərləri insanlığı mənəvi kamilliyə, ədalətə, humanizmə çağırmaqda davam edir”.

 

İsa HƏBİBBƏYLİ

 

Azərbaycan.- 2019.- 10 oktyabr.-  S. 10.