Bakıda Türkmənistanın milli bayramı qeyd edilib
Oktyabrın 10-da Türkmənistanın Azərbaycandakı
səfirliyi tərəfindən
bu ölkənin milli bayramı – Müstəqillik Günü
münasibətilə rəsmi
qəbul təşkil
edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
Azərbaycanın və
Türkmənistanın dövlət
himnləri səsləndirilib.
Türkmənistanın ölkəmizdəki səfiri
Məkan İşanquliyev
tədbirdə çıxış
edərək ölkəsinin
müstəqillik tarixindən
danışıb.
Azərbaycan-Türkmənistan əlaqələrindən bəhs
edən diplomat deyib ki, qarşılıqlı
münasibətlər bir
çox sahələri
əhatə edir. Səfir iki
ölkə arasındakı
münasibətlərin bundan
sonra da inkişaf edəcəyinə
inamını ifadə
edib.
Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan
Hökuməti adından
Türkmənistan xalqını
əlamətdar bayram münasibətilə təbrik
edib. Bildirib ki, 28 illik müstəqilliyi dövründə
Türkmənistan böyük
uğurlara imza atıb. Türkmənistan Mərkəzi Asiyanın
ən inkişaf etmiş ölkələrindən
birinə çevrilib.
"Dost ölkə olaraq biz sevinirik ki, Türkmənistan
inkişaf edir, güclənir”,- deyən Baş Nazirin müavini Azərbaycan ilə Türkmənistan arasında
yüksək səviyyəli
əlaqələrin olduğunu
xüsusi vurğulayıb.
Ölkələrimiz arasında tarixən
dostluq münasibətləri
olub. Bu gün
iqtisadi və siyasi sahələrdə əlaqələrimiz daha da genişlənir.
Prezident İlham Əliyevin hazırda Türkmənistanda
işgüzar səfərdə
olduğunu diqqətə
çatdıran Əli
Əhmədov ölkələrimiz
arasındakı münasibətlərin
bundan sonra da inkişaf edəcəyinə əminliyini
bildirib.
Qəbulda rəsmi şəxslər,
deputatlar, diplomatlar,
media təmsilçiləri, ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 6.