İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Vergilər Nazirliyinin əməkdaşlığının əsas istiqamətləri müzakirə edilib

 

Vergilər naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi siyasəti və inzibatçılığı mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson ilə görüşüb.

Vergilər Nazirliyinin Mediakommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın vergi sistemində aparılan islahatlar, vergidən yayınma ilə mübarizədə beynəlxalq vergi əməkdaşlığı və bu sahədə beynəlxalq standartların tətbiqi, həmçinin "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" (BEPS) layihəsi çərçivəsində OECD və Vergilər Nazirliyi arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi görüşdə tərəflər arasında əməkdaşlıq, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.- 12 oktyabr.-  S. 5.