13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb

 

Bakı Expo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ("EduExpo”) oktyabrın 12-də başa çatıb. AZƏRTAC xəbər verir ki, üç gün davam edən sərgiyə 22 ölkədən 150-dən çox təhsil qurumu qatılıb.

Sərginin sonuncu günü Rusiya Yazıçılar İttifaqının üzvü, "Smeşariki” layihəsinin həmmüəllifi və "Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İqor Şevçuk ilə görüş keçirilib. Görüşdə uşaqlara cizgi filmi təqdim olunub. İqor Şevçuk uşaqlarla əyləncəli oyunlar keçirib. Rusiyalı yazıçı ilə görüş uşaqların marağına səbəb olub.

"Landau School” və "Leznik&Co” şirkətlərinin həmtəsisçisi Emil Leznik, "Dərs Evi” təhsil mərkəzinin ictimaiyyət və dövlət qurumları ilə əlaqələr üzrə meneceri Elvira Bağırova, "You will speak” təhsil mərkəzinin direktoru Günay Rəsulova, "CELT Collegesdil kurslarının direktoru Baba Kərimli və "Motivated Outstanding Mothers” təşkilatının təsisçisi Aysel Hüseynovanın iştirakı ilə "EduTalks” - "Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər” mövzusunda müzakirə paneli təşkil olunub. Ekspertlər panel çərçivəsində sərgi auditoriyası ilə "canlı” dialoq formatında müasir təhsil xüsusunda öz fikirlərini bölüşüblər.

Təhsil sərgisi ("EduExpo”) çərçivəsində "Azərbaycanda Erasmus+mövzusunda təqdimat olub. Təqdimatı Azərbaycanda Milli "Erasmus+ofisinin direktoru Pərviz Bağırov edib. O, "Erasmus+” proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar, mövcud proqramlaronlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini məlumatlandırıb. Bildirib ki, "Erasmus+Avropa İttifaqının xaricdə təhsil almaq üçün gənclərə dəstək olan ən böyük təhsil proqramıdır. Proqram Azərbaycandan hər il 1000 nəfərə xaricdə pulsuz təhsil almaq imkanı verir. "Erasmus+ofisi ölkəmizdə təhsil siyasətinin inkişafını yaxından izləyir. İnteraktiv şəkildə təşkil olunan təqdimatda iştirakçıların sualları cavablandırılıb.

Sərginin sonuncu günündə məktəblilər üçün "Fibonaççi”, "Babil qüllələri” və "Octopuskimi bir sıra intellektual oyunlar da keçirilib.

Yerlixarici ali təhsil müəssisələrinin, eləcə də Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə "B2B” formatlı görüşlər keçirilib.

Beynəlxalq Təhsil Sərgisinin maraqlı məqamlarından biriAvropa universitetlərinin təqdimatı olub. Təqdimatda iştirakçılara Avstriya, Latviya, Fransa, Rumıniya və Macarıstanda təhsil, Şərq Tərəfdaşlığı Avropa Məktəbi və "Erasmus+” proqramı haqqında ətraflı məlumat verilib. İştirakçılar, eyni zamanda, bu ölkələrin ali təhsil sistemi, tədris və təqaüd proqramları, universitetlərə qəbul qaydaları barədə məlumatlandırılıb. İnteraktiv şəkildə davam edən təqdimatda suallar cavablandırılıb.

"EduExpo 2019” sərgisində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt, Gəncə, Lənkəran Dövlət universitetləri olmaqla ümumilikdə 44 yerli ali təhsil müəssisəsi iştirak edib.

Bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim ediblər. Eyni zamanda, Avropa İttifaqının birləşmiş stendi debüt edib.

 

Azərbaycan.- 2019.- 13 oktyabr.-  S. 8.