M.H.Əhmədovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycanda kitabxana işi sahəsində səmərəli fəaliyyətinə görə Mayıl Hilal oğlu Əhmədov 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 oktyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 3.