Xalqa ləyaqətli xidmət nümunəsi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "ValdayDiskussiya Klubundakı çıxışını böyük iftixar hissi ilə izləmişəm.

Keçirdiyim qürur hissini sözlə ifadə etməkdə çətinlik çəksəm də, ölkə rəhbərinin ünvanına təcili teleqram göndərdim. Dərin məzmunlu nitqinə maraqla qulaq asanda Prezidentimizdə təcrübəli dövlət xadimi, əsl praqmatik siyasətçi və mahir diplomat kimi əvəzolunmaz yüksək keyfiyyət və cəsarət gördüm. Onun Azərbaycanımızın güclü daxilixarici siyasətinin, sosial-iqtisadi infrastruktur inkişafının, əhalinin rifahının və hüquqlarının keşiyində duran sərkərdə siması ilə fəxr edirəm. Ermənistanın rəhbəri kimi siyasətdə naşı, məntiqsiz çıxışları ilə həmvətənlərini çaşdıran Paşinyanın "Qarabağ Ermənistandır - nöqtə” sərsəm ifadəsinə güclü Azərbaycanımızın rəhbəri "Qarabağ Azərbaycandır və nida işarəsi” kimi düşünülmüş məntiqli və sərrast cavabında həm də beynəlxalq təşkilatlara, bəzi ölkələrə, daxildə və xaricdə boşboğazlıq edənlərə və ikili standart mövqeyində duranlara ciddi mesaj göndərdi. Budur xalqa ləyaqətli xidmət nümunəsi. Tanrı sevimli Prezidentimiz İlham Əliyevi qorusun.

 

Ələşrəf NİFTİYEV,

 

Masallı Rayon Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 5.