Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib

Yüz milyon tirajla yayılan, dünyanın ingilisdilli ən məşhur qəzetlərindən biri olan "China Daily" Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun "Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il" sərlövhəli analitik məqaləsini dərc edib.

Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycanda xaos və anarxiyanın, dərin siyasi-iqtisadi böhranın, vətəndaş qarşıdurmasının, qeyri-sabitlikümidsizliyin müşahidə olunduğu bir vaxtda - 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ötən 26 ildə Azərbaycanın keçdiyi inkişaf yolu təhlil edilir. Qeyd olunur ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev ölkənin çətin vaxtında dövlət idarəetməsinin sükanı arxasına keçərək, müdrikliyifitri idarəetmə istedadı sayəsində ölkəni dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, ictimai-siyasi sabitlik yaratdı. Azərbaycanın tarixində yeni səhifə açan bu 26 illik dövr, həyatın bütün sahələrində misilsiz inkişafla səciyyəvidir.

Azərbaycanda milli siyasi doktrinanın varisliyi barədə geniş təsəvvür yaradan məqalə oxucuları əsası 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulmuş strateji kursun hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyibunun real nəticələri haqqında məlumatlandırır.

Məqalədə, həmçinin Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 ildə həyatın bütün sahələrində baş verən misilsiz irəliləyişlərdən, köklü islahatlardan bəhs olunur. Müəllif Azərbaycanın ictimai-siyasi sabitlik əmsalına, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə postsovet məkanında lider ölkə olduğunu, eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli energetika və nəqliyyat layihələrinin əhəmiyyətini oxucuların diqqətinə çatdırır. (Məqaləyə keçid: https://www.chinadaily.com.cn)

Qeyd edək ki, ümumilikdə, 100 milyondan çox çaponlayn abunəçisi olan "China Daily" təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. Qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da onun qlobal nəşr olduğunun göstəricisidir.

AZƏRTAC ilə "China Daily" arasında əməkdaşlığa dair anlaşma Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün ötən ilin iyununda Pekinə səfəri çərçivəsində qəzetin rəhbərliyi ilə görüşündə əldə olunub. O vaxtdan bəri AZƏRTAC və "China Daily" Azərbaycan və Çinin ictimai-siyasi, iqtisadi, mədəni həyatında və digər sahələrdə baş verən mühüm yeniliklər barədə mütəmadi informasiya mübadiləsi aparırlar.

Qəzet ilə sıx əməkdaşlığına, iki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, qəzetin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a "China Daily" tərəfindən "Fəxri beynəlxalq media tərəfdaşı-2019" mükafatı təqdim olunub.

Azərbaycan.-2019.- 18 oktyabr.- S.7.