Şəmkirli gənclər Prezident İlham Əliyevi dəstəkləyirlər

Şəmkirdəki Heydər Əliyev Mərkəzinin qarşısında böyük izdiham yaşanmışdır. Əllərində üçrəngli Azərbaycan bayrağı tutmuş gənclər, eləcə də şəhər məktəbliləri Azərbaycanın Dövlət Müstəqilliyinin 28-ci ildönümüİlham Əliyevin Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasının plenar sessiyasındakı çıxışını dəstəkləmək məqsədilə yürüşə çıxmışdılar.

Üzlərindən sevinc və fərəh oxunan tədbir iştirakçıları Gənclər Mərkəzinədək yürüş etdilər. Meydanda quraşdırılmış monitorda müasir Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ikinci dəfə müstəqilliyə qovuşmuş respublikamız haqqında fikirləri, eləcə də Dövlət himni səsləndirilmişdir. Ətrafa yayılan musiqi sədaları gənclərdə xoş ovqat yaratmışdır. Çıxış edənlər müstəqil respublikamızın keçirdiyi çətin günlərdən, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində qazandığı uğurlardan danışmışlar. Qeyd edilmişdir ki, dünya şöhrətli lider Heydər Əliyev qısa zamanda ölkəmizi dünyada tanıtmış, onu sürətlə inkişaf etdirərək xalqımızı günlərə çıxarmışdır. Ümummilli Lider özündən sonra Azərbaycanı özü qədər inandığı Prezident İlham Əliyevə həvalə etmişdir. Heydər Əliyev kimi Prezident İlham Əliyev də xalqına arxalanaraq ölkəmizi dünyada görünməyən inkişaf yoluna çıxarmışdır. Dövlət başçısı Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində gərgin əmək sərf edir. Mötəbər yığıncaqlarda erməni yalanlarını ifşa etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Elə Rusiyanın Soçi şəhərində keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasının plenar sessiyasındakı çıxışı buna misaldır. Azərbaycan Prezidenti bu çıxışı ilə Ermənistana növbəti dəfə vurduğu siyasi-diplomatik zərbə tarixə düşdü. Bu çıxışı ilə Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı qətiyyətli mövqeyi Nikol Paşinyana, bütünlükdə erməni ictimaiyyətinə, həmçinin Ermənistanın havadarlarına olduqca layiqli cavab oldu.

Sonra incəsənət ustaları ölkəmizin uğurlarına həsr olunmuş mahnılar səsləndirmiş, gənclər müstəqil Azərbaycana həsr edilmiş şeirlər söyləmişlər.

Rəsmi hissədən sonra gənclər musiqi sədaları altında rəqs etmiş, müxtəlif tədbirlər həyata keçirmişlər.

Sabir ƏLİYEV

Azərbaycan.-2019.- 20 oktyabr.- S.7.