Diplomatik zərbə

 

Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində keçirilən "ValdayBeynəlxalq Diskussiya Klubunun növbəti iclasının plenar sessiyasındakı çıxışı ürəyimizdən xəbər verdi.

Həmişə olduğu kimi, bu dəfə Azərbaycan Prezidenti Ermənistana diplomatik zərbə vuraraq Azərbaycanın mövqeyini bir daha bəyan etdi.

Bu çıxışı biz - Qarabağ müharibəsi iştirakçıları ətraflı müzakirə etdik. Ermənistanın baş naziri N.Paşinyanın Xankəndidəki bəyanatına Azərbaycan Prezidenti "Qarabağ Azərbaycandır nida işarəsideməklə elə bir tutarlı cavab verdi ki, ermənilər bu zərbədən yəqin çətin ayılarlar. Özü Ermənistanın baş naziri bəyanatını Xankəndidə bir qrup tərəfdarı qarşısında səsləndirmişdisə, Azərbaycan Prezidenti ona cavabı elə bir mötəbər yerdə verdi ki, bütün dünya eşitdi.

Azərbaycan Prezidentinin bu bəyanatı işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün daha uzaqda olmadığına həm bir mesaj idi. Onu da deyim ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibədə mən iştirak etmişəm. 1993-cü ildə Tovuzun Əsrik, Əlibəyli, Koxanəbi s. kəndlərinə hücumlar edən ermənilərin qarşısını almaq üçün silaha sarılmışam. Şiddətli gedən döyüşlərdə başımdan ağır güllə yarası almışam. Belə ki, müharibənin olduğunu yaxşı başa düşürəm. Odur ki, Prezident İlham Əliyevin bu münaqişənin sülh yolu ilə həll olunması üçün həyata keçirdiyi tədbirləri mən dəstəkləyirəm. Ancaq lazım gəlsə, Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə yenidən döyüşlərdə iştirak etməyə hazıram. Onu da deyim ki, hazırda rəhbərlik etdiyim ictimai birlikdə 1000 nəfərədək Qarabağ müharibəsi veteranı qeydiyyatdadır. Onların hər biri bu gün müharibəyə getməyə hazırdır. Düşmən bilməlidir ki, Azərbaycan oğulları bir qarış torpağı da işğal altında qalmağa qoymayacaqlar.

 

Əli ƏLİYEV,

 

Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin Tovuz filialının sədri

 

Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 5.