Beynəlxalq forumda nümayiş etdirilən filmdə Azərbaycanın iqtisadi potensialından bəhs olunub

 

Tbilisidə keçirilən "Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forumu” çərçivəsində böyük İpək yolu ilə bağlı sənədli film nümayiş etdirilib.

Filmdə Azərbaycanın iqtisadi potensialından, həyata keçirdiyi islahatlardan, eləcə də regionda reallaşdırılan irimiqyaslı layihələrdəki rolundan geniş bəhs olunur.

Filmdə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP təbii qaz layihələri, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi barədə geniş məlumat verilib. Böyük İpək yolunun inkişafında BTQ-nin mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.

 

Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 6.