Əlcəzair Prezidenti Abdelkader Bensalah Azərbaycanda səfərdədir

 

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalah Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Prezident Abdelkader Bensalahı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.- 2019.- 25 oktyabr.- S.4.