Venesuelanın Prezidenti Nikolas Maduro Azərbaycana səfərə gəlib

 

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Venesuela Prezidenti Nikolas Maduronu hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.- 2019.- 25 oktyabr.- S.4.