Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Banqladeşin Baş Naziriiştirak edəcək

 

Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, xanım Şeyx Hasinanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.- 2019.- 25 oktyabr.- S.4.