Cibutinin Prezidenti İsmail Ömər Qelleh Azərbaycana səfərə gəlib

 

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Cibutinin Prezidenti İsmail Ömər Qellehi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.- 2019.- 25 oktyabr.- S.4.