Ekvatorial Qvineyanın Prezidenti Azərbaycana səfərə gəlib

 

Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogo Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Ekvatorial Qvineyanın dövlət başçısını hava limanında Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.- 2019.- 26 oktyabr.- S.4.