Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Azərbaycana səfəri başa çatıb

 

Sudan Respublikası Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Azərbaycana səfəri oktyabrın 26-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

 

Azərbaycan.- 2019.- 27 oktyabr.- S.6.