Həsrətin bitdiyi günü gözləyirlər

 

Zəngilanın işğalından 26 il keçir

 

Zəngilana rayon statusu 1930-cu ildə verilmişdi. Rayonun ərazisi 707 kvadratkilometr idi. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, qəsəbə, 81 kənd var idi. Əsrarəngiz təbiətə malik olan rayon bura qonaq gələn hər kəsin marağına səbəb olur, gözəllikləri seyr etməkdən doymurdular. Sovetlər birliyində Azərbaycanın dörd-beş turizm rayonu var idisə, onlardan biri Zəngilan idi.

Rayonun bərəkətli düzləri, dağları, kəndləri, yaşayış evləri, səhiyyə, ticarət, mədəniyyət, idman obyektləri 26 ildir ki, düşmənin işğalı altındadır. Burada dünyada ikinci, Avropada birinci olan nadir çinar meşələri var (hazırda həmin ağaclar erməni qəsbkarları tərəfindən kəsilir, məhv edilir). Zəngilanda 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana dağıdıldı. Ölkə iqtisadiyyatının vacib sahələrindən olan 6 iri dəmir yol stansiyası, 2 şərab zavodu, Dağlıq Qarabağın ən böyük dəmir yol deposu... 26 ildir ki, rayonun yeraltı, yerüstü sərvətləri erməni işğalçıları tərəfindən talan edilməkdədir.

Düşmənlə üz-üzə dayanan zəngilanlılar müharibə qasırğasını 1990-cı ildən əvvəl hiss etməyə başlamışdılar. Vaxtaşırı ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, sərnişinləri girov götürürdülər. Elə həmin günlərdən rayonun sərhəd kəndləri döyüş zonasına çevrilmişdi. Yerli əhali "özümüzünkülərdəngizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarlarının köməyi ilə mükəmməl silahlanmışdılar. Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Hərbi işdən az-çox başı çıxanlar bu reallığı görürdü. Heç kim inanmırdı ki, ermənilər yedikləri duz-çörəyi yadlarından çıxara bilərlər. Amma sonralar baş verən hadisələr göstərdi ki, namərdlər onlara edilən yaxşılıqları unudublar.

İşğal tarixinə nəzər salaq: 1993-cü il oktyabr ayının sonlarında Zəngilan yaxınlığında vəziyyət həddən artıq çətinləşdi. Aramsız hücum əməliyyatı aparılan ərazilərdə döyüşlər səngimək bilmirdi. O anları xatırlayarkən insanların mərdliyinin, doğma torpaqlara bağlılığının, onu son dəqiqəyədək qorumaq niyyətinin şahidi olursan. Oktyabrın 29-u rayon erməni qəsbkarları tərəfindən işğal edildi. 35 min nəfərə yaxın zəngilanlı öz dədə-baba yurdlarından ayrı düşdü. Həmin gün Zəngilanın tarixinə qara hərflərlə yazıldı. Üstündən 26 il keçməsinə baxmayaraq, onların doğma torpaqlara qayıtmaq arzusu azalıb, sönüb.

Həmin tarixin 26-cı ilini yaşayan zəngilanlılar məcburi köçkünlərə göstərilən dövlət qayğısını öz üzərlərində hiss edirlər. Bu qayğının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin prioritet məsələlərdən biri kimi yanaşdığı qaçqın məcburi köçkünlərə dövlət qayğısı bu insanların sosial həyatında yeni mərhələnin açılmasına rəvac verdi. Həmin siyasəti bu gün davam etdirən Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkənin artan iqtisadi imkanları fonunda qaçqın məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirirlər.

Qaçqın məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşğulluq məsələləri istiqamətində kompleks addımlar atılır. Bu kontekstdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə qaçqınların məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib. 2013-cü ildə ölkə rəhbərinin birbaşa diqqət qayğısı nəticəsində Abşeron rayonunda zəngilanlı məcburi köçkünlər üçün qəsəbə salındı. Zəngilanlı 760 ailə həmin yaşayış massivində məskunlaşıb. Rayonun icra strukturları, dövlət təşkilatları da burada fəaliyyət göstərir. Hazırda 443000 zəngilanlı respublikanın 46 rayon şəhərində, əksər hissəsi isə Bakı Sumqayıt şəhərlərində yaşayırlar. Belə böyük əraziyə səpələnmiş zəngilanlıların sosial, kommunal, səhiyyə, təhsil digər məsələləri ilə məşğul olmaq, onların üzləşdikləri problemləri vaxtında həll etmək üçün icra strukturları xüsusi rejimi ilə işləyirlər. İndi respublika sənayesinin müxtəlif sahələrində çalışan xeyli zəngilanlı var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı da ilbəil artır.

Dövlət başçısının ölkədə iqtisadi inkişafa verdiyi dəstək nəticəsində rayon əhalisinin çox hissəsinin çalışdığı kənd təsərrüfatının əkinçilik, bitkiçilik, ət, süd, yun istehsalı heyvandarlıq sahələrində uğurlar əldə edilmişdir. Təkcə barama istehsalı ilə məşğul olan zəngilanlılar 1022 kiloqramdan artıq məhsulu "Şəki-İpək” ASC- təhvil vermişlər.

Bu gün rayonun 33 məktəbi fəaliyyət göstərir. Onlardan yalnız biri orta məktəbdir. 5600 şagirdin təlim-tərbiyəsində 870 müəllim çalışır. Ötən tədris ilində rayondan ali məktəblərə sənəd verən 472 abituriyentin 273-ü tələbə adını qazanıb. Bu, sənəd verənlərin 73 faizlik uğuru deməkdir.

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Zəngilanın tarixi bu gün məcburi köçkünlük şəraitində belə öyrənilir, araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Qaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, Abşeron rayonunun Masazır qəsəbəsində əsasən Zəngilan rayonundan olan ailələr üçün yeni salınmış şəhərcikdə tarix muzeyinin fəaliyyəti bərpa oldu.

Respublikanın müxtəlif ərazilərinə səpələnmiş zəngilanlılardan eksponatlar toplanıldı. Sakinlərin köməyi nəticəsində muzeyə xeyli eksponat toplamaq mümkün oldu. Hazırda burada uzaq keçmişdən bu günümüzə yol açan, əhalinin həyat tərzi, məişəti mədəniyyətini özündə yaşadan 181 ədəd əsas fonda daxil olan eksponat vardır. Eksponatlar 2 geniş işıqlı otaqda yerləşdirilib.

Muzeyin dəhlizində rayonun inzibati xəritəsi, kəndlərin, sosial müəssisələrin, ecazkar təbiət nümunələrinin şəkilləri asılıb. Bu şəkillər vasitəsilə sanki Zəngilana səyahət edir, rayon barədə qiyabi təəssürata malik olursan. Burada, həmçinin Ümummilli Lider Heydər Əliyevin Prezident İlham Əliyevin apardığı siyasət respublikamızın inkişafında əvəzsiz xidmətlərini əks etdirən fotoqalereya da var. Ölkə rəhbərinin qaçqınların məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edən sərəncam fərmanlar da stenddə əksini tapıb. Burada, həmçinin 117 hektar çinar meşəsi, açıq səma altında sərgilənən daş heykəllər muzeyi barədə fotolar, video çarxlar nümayiş olunur.

Tariximizin unudulmamasında gənc nəslin üzərinə böyük məsuliyyət düşür. Rayon təhsil şöbəsi ilə tarix muzeyi birlikdə xüsusi proqram da hazırlayıb. Muzeyin kollektivi rayon məktəblərində açıq dərslər təşkil edir, Zəngilanın keçmişi bu günü barədə informasiyalarla şagirdlərin yaddaşlarını zənginləşdirirlər.

Əsas məsələlərdən biri rayon sakinlərinin sağlamlığının qorunmasıdır. "Qaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda bu sahəyə geniş yer verilmiş, uğurlu nəticələr əldə edilmişdir. Zəngilan Rayon Mərkəzi Poliklinikası bir həkim məntəqəsi insanların sağlamlığına xidmət göstərirlər.

Rayon icra hakimiyyətində vətənpərvərlik ruhunun gənclər arasında yüksəldilməsi sahəsində aparılacaq işlərlə bağlı xüsusi proqram hazırlanıb. Buna uyğun olaraq vaxtaşırı gənclərlə görüşlər keçirilir. Zəngilanlı gənclərin idmana marağı böyükdür. 599 idmançının qazandığı uğurlar buna sübutdur. Səyavuş Bayramov beşqat Avropa çempionu, Əməkdar məşqçidir. Keçmiş idmançı bu gün karatenin sirlərini gənclərə öyrədir. Xasay Məmmədov, İmdad Tanrıverdiyev, Asiman Qurbanlı, Elşən İbrahimov və digərləri Avropadünya çempionatlarında fərqlənmiş, Azərbaycan bayrağını ən yüksək zirvədə dalğalandırmışlar.

Gələcəyimiz olan gənclik böyük enerji, axtarış, həyata yeni baxış deməkdir. Onlar adət-ənənələrimizin daşıyıcısı, milli-mənəvi dəyərlərimizin gələcəyə nizamlanmış yaşam qüvvəsidir. Bu gün Azərbaycanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, zəngilanlı gənclərin problemləri araşdırılır, yerindəcə həmin məsələlərin həlli yolları axtarılır.

Bir halı da xüsusi vurğulamaq yerinə düşər. Respublikamızda gənclər arasında bağlanan nikahın ən az pozulması məhz Zəngilan rayonuna aiddir. Bu da ailənin onlar üçün müqəddəs olduğunu sübut edən göstəricidir.

Dövlətimizin uğurlu daxilixarici siyasəti, problemin həlli istiqamətində atılan addımlar ümid verir ki, öz vətənində məcburi köçkün həyatı yaşayan insanların ata-baba torpaqlarına qayıdacaqları günə az qalıb. Zəngilanlılar əmindirlər ki, dövlət başçısının yürütdüyü siyasət nəticəsində doğma yurdları işğaldan azad ediləcək. Onlar Zəngilana qayıdaraq yenidən qurub-yaradacaq, firavan həyata başlayacaqlar. Zəngilanlıların payızda boy verən bahar arzuları çiçək açacaq.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.-29 oktyabr.- S.10.