Xalq yazıçısı Elçinin seçilmiş məqalə və esseləri kitab şəklində çap olunub

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin "Daha dərin qatlara (seçilmiş məqalə və esselər)” adlı kitabının nəşri başa çatdırılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görkəmli yazıçı, dramaturq Elçinin oxucularına təqdim etdiyi "Daha dərin qatlara” adlı kitabında XX əsrin 70-ci illərindən bu günə kimi dövri mətbuatda dərc olunan seçilmiş məqalə və esseləri toplanıb. "Tənqid və ədəbi proses”, "Problemlər”, "Ədəbiyyatımız və folklorumuz”, "Qələm sahibləri”, "Teatrtamaşalar” bölmələrində təqdim olunan məqalə və esselərin hər biri oxucunu düşündürür.

"Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

 

Azərbaycan.- 2019.-30 oktyabr.- S.6.