Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Nquyen Fu Çonqa

 

Hörmətli cənab Prezident!

Vyetnam Sosialist Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Vyetnamı xoş münasibətlər birləşdirir. Ölkələrimiz xalqlarımız arasındakı dostluq əlaqələrinin, qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlığımızın zəngin ənənələri mövcuddur.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bundan sonra da bütün sahələrdə birgə səmərəli fəaliyyətimiz üçün mühüm zəmin olacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim sülh rifah diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2019-cu il

 

Azərbaycan.- 2019.- 1 sentyabr.- S.1.