“Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar

 

Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sədr Mübariz Qurbanlı çıxışında Azərbaycanın, eyni zamanda, müxtəlif ölkələrin dövlət-din modelləri, tolerantmultikultural dəyərlərimizin beynəlxalq aləmdə təbliği, komitənin dini maarifləndirmə istiqamətində gördüyü işlər haqqında tələbələrə məlumat verib. Komitə sədri qeyd edib ki, Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir. Dünyəvilik Konstitusiyada öz əksini tapıb və ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə təşkil olunub.

Sonda müzakirələr aparılıb və gənclərin sualları cavablandırılıb, o cümlədən müsabiqə qaliblərinə DQİDK-nın ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri haqqında ingilis dilində nəşr etdirdiyi kitab təqdim edilib.

 

Azərbaycan.- 2019.-5 sentyabr.- S.2.