Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə növbəti qanvermə aksiyası təşkil olunub

 

Sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, partiyanın İcra Katibliyində təşkil olunan aksiyada Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin Siyasi Şurasının üzvləri, deputatlar, YAP-ın Bakı şəhəri Abşeron rayon təşkilatlarının üzvləri iştirak ediblər.

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu aksiya partiya üzvlərinin vətənpərvərliyindən, onların ölkəmizdə həyata keçirilən bütün xeyirxah işlərdə fəallıq göstərməkdə maraqlı olmasından xəbər verir. Bu aksiyanın məhərrəm ayına təsadüf etdiyini deyən S.Novruzov qeyd edib ki, dini mərasimlər dövründə dindən kənar hərəkət etmək olmaz: "Kimsə Aşura günü zəncir vurur, başını yarır, amma bunların heç biri olmaz, çünki Quran qadağan edir. Allah da buyurub ki, heç kəs öz bədəninə ziyan vura bilməz. Ona görə ən düzgün yol qan verməkdir. Aşura günü insanlar məscidlərə gedib qan versinlər”.

Bu təşəbbüsün əhəmiyyətini vurğulayan S.Novruzov deyib ki, aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən uşaqlara böyük yardım edəcək. Partiyamızın üzvlərinin aksiyada fəal iştirak etdiyini deyən S.Novruzov söyləyib ki, YAP bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir belə aksiyalar gələcəkdə davam edəcək.

Qanvermə aksiyasının humanist xarakterli tədbir olduğunu deyən YAP icra katibinin müavini bildirib ki, partiyanın üzvləri bu təşəbbüsləri ilə həm nümunə göstərirlər. Müxalifət nümayəndələrini bu aksiyaya dəvət edən S.Novruzovun sözlərinə görə, onlar indiyə qədər qanvermə, ağacəkmə, digər xeyirxah tədbirlər keçirməyib, əksinə, görülən müsbət işlərə kölgə salmağa çalışıblar, öz fəaliyyətlərini, söyüş, təhqir, böhtan üzərində qurublar.

Aksiyada iştirak edən B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova da Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünü yüksək dəyərləndirib. O vurğulayıb ki, partiyanın hər il belə aksiya təşkil etməsi çox humanist addımdır. Yığılan qanlar talassemiya, hemofiliya, digər qan xəstəliklərindən əziyyət çəkən insanlara veriləcək. Bu qanlar əvvəlcə laboratoriyalarda yoxlanılacaq. Yaşı 18-65 olan sağlam insanlar qan verə bilərlər. Burada insanlar qan verməmişdən əvvəl həkim müayinəsindən keçirlər. İnfeksion xəstəliklər keçirmiş, şəkərli diabet, zob, ürək çatışmazlığı olan, əməliyyat keçirmiş insanlar qan verə bilməz. Qanvermənin müsbət cəhətləri var. Belə ki, təzyiq yüksəkdirsə qan verdikdən sonra bu normallaşır, qan yaradan orqanların fəaliyyəti yüksəlir, ürək fəaliyyətinə müsbət təsir edir. Ən əsası, insanlar özlərini xoşbəxt hiss edirlər ki, qan verməklə qana ehtiyacı olan insanlar üçün yardım göstərirlər.

Qeyd edək ki, qanvermə aksiyasında ümumilikdə 300 nəfər iştirak edib.

 

Azərbaycan.- 2019.- 7 sentyabr.- S.2.