Azərbaycan elektrik enerjisinin idxalçısından ixracatçısına çevrilib

 

Buna ölkədə həyata keçirilən islahatlar, infrastruktur layihələri nəticəsində nail olunub

 

Müstəqilliyimizin bərpasından sonra ölkədə müxtəlif sahələr üzrə nəhəng infrastruktur layihələri icra edildi. Enerji təhlükəsizliyinə nail olmaq və əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə bu sektorda da bir çox layihə həyata keçirildi. Məqsədə çatmaq üçün ötən dövr ərzində ölkə üzrə 31 yeni elektrik stansiyası inşa olunub ki, bunun da sayəsində 2500 meqavatlıq yeni güc yaranıb.

İri su elektrik stansiyaları ilə yanaşı, bölgələrdə kiçik çaylar üzərində də elektrik stansiyaları inşa edilib. Həmin obyektlər bölgədə elektrik enerjisinin təminatını yaxşılaşdırmaqla bərabər torpaqların suvarılmasına da töhfə verir. Bir sözlə, belə stansiyalar kənd təsərrüfatında məhsul istehsalını da stimullaşdırır.

Başqa sahələrlə yanaşı, Azərbaycanda elektrik enerjisinin gücünün artırılması, dayanıqlığının təmin olunaraq ölkəmizin hər bir guşəsinə çatdırılması üçün mükəmməl infrastruktur yaradılıb. Bunun nəticəsidir ki, indi biz özümüzü elektrik enerjisi ilə tam təmin etməklə bərabər onu həm də böyük həcmdə ixrac edirik. Təkcə ötən il enerji ixracından 10 milyon dollar vəsait əldə olunub.

Prezident İlham Əliyev bu il sentyabrın 5-də Bakıda "Şimal-2” Elektrik Stansiyasının istismara verilməsi mərasimində iştirak edib.

Tədbirdə dövlət başçısına məlumat verilib ki, ötən əsrin 50-ci illərində iki mərhələdə istifadəyə verilən "ŞimalElektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdır. Buna görə Ulu Öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq "Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiyanın cəlb edilməsinə nail oldu. Həmin investisiya sayəsində 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq "Şimal-1” stansiyası 2002-ci ildə istifadəyə verildi.

"Şimal-2Elektrik Stansiyasının təməli 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyuldu. Ərazisi 104,9 hektar, gücü 400 meqavat olan stansiyanın fəaliyyəti ölkəmizin enerji imkanlarını daha da artıracaq. Bu stansiyada Yaponiyanın "Mitsubishi” şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru onların köməkçi sistemləri quraşdırılıb.

Prezident İlham Əliyev stansiyanın açılış mərasimində demişdir: "Hazırda ən yüksək faydalı əmsalına malik olan "Şimal-1” "Şimal-2” elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı Abşeron yarımadası üzrə 40-45 faizini təşkil edəcək. "ŞimalElektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon KVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq”.

Yeni elektrik stansiyası 57,4 faiz faydalı əmsalına malikdir. Bu, Cənubi Qafqaz regionunda ən yüksək faydalı əmsalı deməkdir. Həmin elektrik stansiyası il ərzində 32,2 milyard KVts elektrik enerjisi istehsal edəcək. Bu isə bir KVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf edilməsinə imkan yaradacaq. Açıqlanan rəqəm enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.

İstismar edilən istismara yeni verilən "Şimal-1” "Şimal-2” elektrik stansiyalarının bir üstünlüyü ətraf mühitə mənfi təsir göstərməməsidir. Belə ki, ətraf mühitin mühafizəsi məqsədilə stansiyada xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının çirkab suların təmizlənməsi, digər qurğular inşa edilib.

Ölkədə yeni müəssisələrin yaradılması, iqtisadiyyatın inkişafı enerjiyə tələbatı ildən-ilə artırır. Artan tələbatın ödənilməsi üçün köhnə elektrik stansiyalarının modernləşdirilərək onların gücünün artırılması yeni stansiyaların inşa edilməsi tələb olunur. "Şimal-2” stansiyasının da tikilməsində məqsəd ölkənin elektrik enerjisində yaranan tələbatın ödənilməsinə nail olmaqdır. Bu, iqtisadi cəhətdən istehsal proseslərinin səmərəliliyinin yüksəlməsinə, elektrik enerjisinin istehsalına sərf olunan yanacağın əhəmiyyətli dərəcədə azalmasına, ixrac potensialının artmasına imkan yaradacaq. Bütün bunlar isə ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımların ardıcıl məqsədyönlü şəkildə davam etdiyini göstərir.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 1;10.