“Bələdiyyə
seçkilərində bələdiyyə üzvlüyünə
namizədə, namizədin, siyasi
partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndələrinə
dairə seçki komissiyası tərəfindən
imza vərəqələrinin verilməsi
Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının qərarı
Qərar ¹ 4/13
"Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2004-cü il 25 avqust tarixli 15/90 saylı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"İmza vərəqələrini götürən namizəd və ya səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur”.
1.2. 2 "A” saylı əlavədə "Bələdiyyə üzvlüyünə namizədin, siyasi” sözləri "Siyasi” sözü ilə əvəz edilsin.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.09.2019-cu il
Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 7.