Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 4/15

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Cahangir Əkbər oğlu Seyidov 4 saylı Naxçıvan şəhər, Abbas Nurəddin oğlu İsmayılov 16 saylı Yasamal ikinci, Hacı Nurəddin oğlu Əliyev 26 saylı Sabunçu birinci, Seymur Həbib oğlu Hüseynov 37 saylı Nizami birinci (Gəncə), İlkin Ədalət oğlu Əzizov 71 saylı Masallı kənd, Hafiz Cəbrayıl oğlu Əliyev 80 saylı İmişli - Beyləqan, Dilsuz Teymur oğlu Nəcəfov 93 saylı Bərdə şəhər, İradə Məhəmməd qızı Namazova 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Çingiz Namizəd oğlu Məmişov 4 saylı Naxçıvan şəhər, Hüseynqulu Adil oğlu Əliəsgərov 26 saylı Sabunçu birinci, İmamyar Bilman oğlu İsmayılov 40 saylı Kəpəz ikinci (Gəncə), Loğman İman oğlu Şahbazov 71 saylı Masallı kənd, Rza Sahib oğlu Əzizov 80 saylı İmişli-Beyləqan, İbrahim Əhməd oğlu Həsənov 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 

13.09.2019-cu il

 

Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 7.