Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Dadaşova Natalya Konstantinovna

 

Hüseynova Sevda Əli qızı

 

Məmmədov Nüsrət Cəfər oğlu

 

Məmmədova Aliyə Tariyel qızı

 

Zahid Azad Vasif oğlu

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 sentyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 1.