İlk qaliblər rusiyalı gimnastlar oldular

 

Azərbaycan bədii gimnastika üzrə dünya çempionatına uğurla evsahibliyi edir

 

Bakıda bədii gimnastika üzrə sayca 37-ci dünya çempionatı davam edir. Dünən turnirin ikinci günündə gimnastlar fərdi proqram üzrə halqa topla təsnifat mərhələsində, daha sonra isə finalda güclərini sınayıblar.

Milli Gimnastika Arenasında əsl bayram ab-havası yaşanır. Mundial dünyanın 61 ölkəsindən Bakıya gələn media təmsilçiləri, azarkeşləri arasında böyük rəğbətlə qarşılanır, Beynəlxalq Gimnastika Federasiyasının qəlbində xoş hisslər oyadır.

Müxtəlif ölkələrin media orqanları sayca 37-ci dünya çempionatının təşkilini gedişini şərh edir, komandalar rəhbərlərinin rəyləri öyrənilir. Ümumi fikir belədir ki, Bakının evsahibliyi etdiyi dünya çempionatı ən yüksək səviyyədə təşkil edilib, möhtəşəm turnirə evsahibliyi edən Azərbaycan hər cür təqdirəlayiqdir.

Tribunalarda isə iştirakçı ölkələrdən azarkeşlərin hər bir gimnastın çıxışını böyük maraqla həyəcanla izləmələri, səsləndirdikləri şüarlar yarışa əlavə rəng qatırdı. "Azərbaycan, Azərbaycansədaları isə səngimək bilmirdi.

 

Halqa ilə top yarışlarında qaliblər müəyyənləşdi

 

Dünya çempionatının fərdi proqramında halqa ilə final yarışlarında Dina Averina (Rusiya), israilli Linoy Aşram, Rusiya təmsilçisi Yekaterina Seleznyova, Anastasiya Salos, Katerina Halkina (hər ikisi Belarus), İtaliya gimnastı Aleksandra Aqiurqiukulese, israilli Nikol Zelikman Boriana Kaleyn (Bolqarıstan) mübarizə aparıblar. Rusiya gimnastı Yekaterina Seleznyova 23,500 xalla dünya çempionatının ilk qızıl medalını qazanıb. Gümüş medala 23,400 xalla İsrail təmsilçisi Linoy Aşram, bürünc mükafatına isə rusiyalı idmançı Dina Averina (23,350 xal) layiq görülüb.

Mundialın top ilə final yarışlarına 6 ölkədən idmançılar vəsiqə qazanıblar. Həlledici mərhələdə Rusiyanı təmsil edən Dina Arina Averina bacıları, bolqarıstanlı Boriana Kaleyn, Ukrayna gimnastı Vlada Nikolçenko, italiyalı Milena Baldassarri, Nikol Zelikman, Linoy Aşram (hər ikisi israilli) ABŞ idmançısı Evita Qriskenas birincilik uğrunda yarışıblar.

Rusiyalı idmançı Dina Averina 23,500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun bacısı Arina Averina 23,050 xalla gümüş, israilli Linoy Aşram isə 22,400 xalla bürünc medala sahib olublar.

 

Ümumi sıralamada 10-cu pillədə

 

Xatırladaq ki, dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Çempionatın ikinci günündə gimnastlar fərdi proqram üzrə halqa topla təsnifat mərhələsində güclərini sınayıblar. Milli komandamızın heyətində Zöhrə Ağamirova Veronika Qudis xalça üzərinə çıxıblar. Hər iki gimnastımızın çıxış edəcəyi A qrupunda V.Qudis 1-ci, Z.Ağamirova isə 3-cü nömrə altında topla proqramlarını təqdim ediblər.

A qrupunda çıxışında gimnastımız Zöhrə Ağamirova fərdi proqram üzrə halqa topla təsnifat mərhələsində ikinci çıxışını uğurla başa vurub. Təmsilçimiz növbəti çıxışını topla icra edib. Hakimlərdən 19,950 xal alan gimnastımız ümumi sıralamada 10-cu pillədə qərarlaşıb. İki alətin cəmində gimnastımız 38,950 xal toplayıb.

Komandamızın üzvü Veronika Qudis çempionatda ikinci çıxışını topla yerinə yetirib. Gimnastımızın çıxışı hakimlər tərəfindən 17,700 xalla qiymətləndirilib. İki alətin cəmində gimnastımızın hesabında 34,650 xal var.

 

* * *

 

Belarus millisi Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda hesabında üçüncü pilləyə yüksəlib. 84,300 xal toplayan Belarus komandası Bolqarıstan seçməsini üstələyib. Bolqarıstanlı gimnastlar iki alətin cəmində 82,950 xal toplayıblar.

Komanda hesabına 93,950 xalla Rusiya millisi başçılıq edir. İkinci pillədə 87,650 xalla İsrail komandası yer alıb.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 5.