Azərbaycanın mükəmməl yol infrastrukturunu beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər

 

Azərbaycanda mükəmməl nəqliyyat infrastrukturu formalaşıb. Bu səviyyəyə çatmaq üçün ölkədə çoxsaylı layihələr - avtomobil yollarının çəkilişi həyata keçirilib. Əvvəlki illərdə beynəlxalq və ölkə əhəmiyyətli yollar çəkilirdisə, son dövrlər kəndarası avtomobil yollarının çəkilişi də sürətlə icra edilir.

Bunun nəticəsidir ki, hazırda Azərbaycanda yol infrastrukturu yüksək səviyyəyə çatıb. Beynəlxalq təşkilatlar da ölkəmizdə həyata keçirilən bu nəhəng layihələri yüksək qiymətləndirirlər. Bu barədə Prezident İlham Əliyev demişdir: "Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu ildə də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxartdı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir.

Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə, doğrudan da, çox böyük investisiyalar qoyulurbundan sonra da qoyulacaq”.

Prezident İlham Əliyev bu il sentyabrın 13-də Bakının Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılış mərasimində iştirak edib. Qeyd edək ki, Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən yollarda yenimüasir yol infrastrukturu yaradılıb. Burada yenidən qurulan yolların ümumi uzunluğu 6 kilometrə bərabərdir.

Paytaxtda yeni yolların salınması, yolötürücülərin, yeraltı və yerüstü piyada keçidlərinin, o cümlədən mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində mühüm işlər görülür. Bugünədək görülən işlər nəticəsində paytaxtda və ətraf qəsəbələrdə yeni alternativ yol infrastrukturu formalaşdırılıb, şəhərin mərkəzindən bir sıra istiqamətlərə, o cümlədən ətraf qəsəbələrə rahat və sürətli gediş-gəliş təmin edilib, müəyyən qisim yollarda avtomobillərin hərəkətində məhdudiyyətlər və ləngimələr aradan qaldırılıb. Eyni zamanda paralel olaraq bəzi yolların buraxılış qabiliyyəti artırılıb, yoldan istifadə asanlaşıb. Yeni yollar salınır.

Ümumilikdə isə 2003-cü ildən bugünədək ölkəmizdə 15 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib. Həmin yolların 500 kilometrdən çox hissəsi cari ilin 8 ayında reallaşıb. Bu ilin sonuna ölkəmizdə yenidən qurulan, bərpa və təmir edilən yolların uzunluğu 17 min kilometrdən çox olacaq. 2003-cü ildən bəri təkcə Bakıda avtomobil yollarının 1500 kilometrdən çox hissəsində yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. Bunun 200 kilometrdən çoxu cari ilin 8 ayında reallaşıb.

Azərbaycan özünün coğrafi mövqeyinə görə beynəlxalq aləmdə xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağında yerləşir. Hazırda dünyada beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsində ölkəmiz yaxından iştirak edirbu işdə maraqlı olan ölkələrlə əməkdaşlıq edir.

Ölkəmiz təkcə beynəlxalq əhəmiyyətli avtomobil yollarının çəkilişi ilə kifayətlənmir. Beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasında da Azərbaycan mühüm rol oynayır. Bunun sayəsində dəmir yolu vasitəsilə yükdaşımaların həyata keçirilməsində də Azərbaycan önəmli ölkəyə çevrilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra regiondünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasına nail oldu.

Dünyanın 100 iri layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı ilə Azərbaycan növbəti beynəlxalq əhəmiyyətli layihənin icrasını həyata keçirdi. BTQ iqtisadi layihədir, yəni əsas məqsəd Şərqdən, xüsusən Çindən Avropaya yük və sərnişin daşımaqdır. Lakin bu layihənin həm də mühüm siyasi əhəmiyyəti var.

Dünyada tranzit ölkələrin siyasi məsələlərdə böyük dividendlər qazanması məlum həqiqətdir. Bu baxımdan dünyadaregionumuzda baş verən siyasi hadisələr fonunda layihəyə diqqət yetirdikdə onun əhəmiyyəti aydın görünür. Deməli, BTQ Bakı-Tbilisi-Ceyhandan sonra müstəqilliyimizin nailiyyəti olan ikinci böyük layihədir.

Ölkəmiz bu layihəni həyata keçirmək istəyərkən qarşılaşdığı problemləri yada salaq. Hətta Azərbaycanda müəyyən layihələrin reallaşmasına xüsusi maraq göstərən ABŞ da bu layihənin gerçəkləşməsini dəstəkləmədi. Üstəlik, Amerikada müəyyən qüvvələr bunu əngəlləmək üçün əllərindən gələni etdilər. Mətbuatda yayılan məlumatlara görə, bunun arxasında erməni lobbisi və onların dəstəklədiyi siyasi qüvvələr dayanırdı. Bu, işin bir tərəfi idi. Lakin problem onda idi ki, dünyanın transmilli nəqliyyat şirkətləri də BTQ-nin əleyhinə çalışırdılar. Çünki BTQ-nin çəkilməsi onların gəlirlərinin müəyyən hissəsindən məhrum olması demək idi.

2017-ci il noyabrın 1-də Tehranda Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artıran növbəti hadisənin şahidi olduq. Belə ki, Prezident İlham Əliyevin, İran Prezidenti Həsən RuhanininRusiya Prezidenti Vladimir Putinin qatıldığı üçtərəfli zirvə görüşündə region üçün əhəmiyyətli olan müxtəlif məsələlərlə yanaşı, "Şimal-Cənub nəqliyyat dəhlizi”nin istifadəyə verilməsi də müzakirə edildi. Bu yeni transmilli layihənin istifadəyə verilməsi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini daha da artıracaq. Yəni Şimaldan və Cənubdan gələn yüklər BTQ dəhlizi vasitəsilə AsiyaAvropa ölkələrinə daşınacaq. Belə hal BTQ-nin əhatə dairəsinin daha da genişlənməsi və yük dövriyyəsinin artması deməkdir.

Bu istiqamətdə həyata keçirilən iqtisadi layihələr ölkəmiz üçün yüksək gəlir əldə etməyə imkan yaradacaq. Şübhəsiz, hər bir ölkənin tranzit imkanlarına malik olması onun sabit gəlir əldə etməsində mühüm rol oynayır. Azərbaycanın qarşıdakı illərdə bu layihələrin icrasından yüksək gəlir götürəcəyi məlumdur. Lakin həmin layihələrin əhəmiyyəti təkcə gəlir əldə etməklə bitmir. Bu, həmçinin ölkəmizin beynəlxalq aləmdə siyasi dividendlər qazanmasında da mühüm rol oynayacaq.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 19 sentyabr.- S. 1; 5.