Ermənistanda siyasi böhranın növbəti mərhələsi

 

Paşinyan hakimiyyətini möhkəmlətmək üçün ən radikal addımlar atır, komandasında yer alanları vəzifədən uzaqlaşdırır

 

Ermənistanda cərəyan edən son hadisələrin təhlili bu ölkədə yeni iqtidara qarşı da dərin bir etimadsızlığın hökm sürdüyünü üzə çıxarır. Ölkənin bütün sahələrdə, o cümlədən sosial sferada artan problemləri artıq baş nazir üçün ciddi çətinliklər yaradır.

Görünən həm də budur ki, dünənə qədər demokratiyaqanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlara gedir. Ona qarşı çıxan qüvvələr indi sərt şəkildə Paşinyanı müxtəlif məsələlərdə ittiham edərək, ölkəni uçuruma doğru yuvarladığını bildirirlər.

Baş nazir isə hakimiyyətini möhkəmləndirmək üçün komandasında yer alanları vəzifəsindən uzaqlaşdıraraq onların birləşməsinin qarşısını almaqbununla da məqsədlərinə nail olmaq niyyətindədir. Son olaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Artur Vanetsyanı vəzifəsindən azad edərək, bəzilərinə də növbəti mesajını verdi.

Yerli mətbuatın xəbərinə görə, Vanetsyanın istefa qərarı hazırkı və gələcək situasiyalarla bağlıdır. Həmin situasiyalara aydınlıq gətirməyən Artur Vanetsyan belə bir şəraitdə öz qərarını dövlətə xidmət kimi qiymətləndirib. O əlavə edib: "Mənim istefam insanı yuxudan ayıldan bir addımdır və mənə "dayandeyir”.

Paşinyanın mətbuat xidmətinin katibi Vladimir Karapetyan Artur Vanetsyanın istefasına münasibət bildirərkən deyib ki, bu mətni kimin yazdığını müəyyən etmək lazımdır. Əminik ki, bunun müəllifi cinayət məsuliyyətindən səhvini başa düşərək yayınmış korrupsionerlərin təbliğat ofisləri deyil. General Vanetsyana özününistinad etdiyi, zabit ləyaqətini itirməməyi tövsiyə edirik. Məlumata görə, məktubun mətnini Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Vanetsyan öz müşaviri Armen Davtyanla birlikdə yazıb.

Müəmmalı istefanı şərh edən Paşinyan isə bildirib ki, MTX direktorunun fəaliyyətini qiymətləndirə bilməz, çünki bu vəzifə ictimai müzakirələrdən kənarda qalmalıdır. O qeyd edib ki, Vanetsyan bundan sonra futbol yığması ilə məşğul olacaq.

"Politik.am” saytı isə yazır ki, Dövlət gəlirləri komitəsində Vanetsyanın atasına qarşı da cinayət işi qaldırılıb. Artur Vanetsyana qarşı da cinayət işinin açılacağı istisna edilmir.

Ümumiyyətlə, Ermənistan konstitusiyasına görə, hökumət üzvləri baş nazirin təqdimatı əsasında prezident tərəfindən təyin edilir. "Qraparak” qəzeti hökumətdəki mənbəyə istinadən xəbər verir ki, Paşinyan bu vəzifəyə dostu Vaqe Kazaryanı təyin edə bilər. Həmin vəzifəyə gətiriləcək şəxslər arasında keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın da adı çəkilir.

Xatırladaq ki, Artur Vanetsyan Qarabağ məsələsində Paşinyandan da mürtəce mövqeyi ilə fərqlənirdi. Təkcə belə bir faktı yada salmaq yetər ki, bu ilin əvvəllərində işğal altındakı Füzuli rayonunda olan Vanetsyan Azərbaycana "bir qarış torpağın da qaytarılmayacağını”, əksinə, Arazboyu ərazilərin məskunlaşdırılacağını və ora Ermənistandan yol çəkiləcəyini bildirmişdi.

Erməni mediasının yazdığına görə, Artur Vanetsyanın qəfildən istefa verməsi baş nazir Nikol Paşinyanla arasında Qarabağa dair yaranmış ixtilaflarla da bağlı ola bilər. Artur Vanetsyan demarş xarakterli bəyanatla çıxış edərək bu vəzifədə qalmasını "zabit şərəfi ilə uyğun gəlməyən” məsələ adlandırıb. Və istefasının "ayıldıcı mesajolduğunu vurğulayıb. Qeyd olunub ki, Vanetsyanın istefası Paşinyanın hökumətində baş vermiş böyük çatdır.

Parlament tərəfindən "Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” və "Polis orqanlarında xidmət haqqında” qanunvericilik aktlarında dəyişiklik edilməsi barədə qanun layihəsini ilk oxunuşda qəbul etdiyi bir vaxtda bu addım bir çox şeyi aşkara çıxarır. Bu qanun layihəsinə görə MTX direktorupolis rəisi vəzifəsinə deputatlığa namizəd üçün bütün tələblərə cavab verən şəxs təyin edilə bilər. Qanun hətta 25 yaşı olan və ən azı 4 il daim Ermənistanda yaşayan istənilən yerli vətəndaşı təyin etməyə imkan verəcək. Başqa sözlə, bu vəzifələr tezliklə mülki vəzifə olacaqbu Paşinyanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Bu arada Təhlükəsizlik Şurasının iclasında bir sıra daxili məsələlər, o cümlədən Amulsaran qızıl yatağına gedən yolun ətraf mühit fəalları tərəfindən blokadaya alınması da müzakirə olunub. Erməni mediasının verdiyi xəbərə görə, iclasda Ermənistan polisinin rəisi, general-mayor Valeri Osipyan baş nazir Nikol Paşinyanla sərt mübahisə edibistefa verib. Paşinyan qızıl yatağına gedən yolun açılmasını tapşırsa da, Osipyan yolun açılmasına dair əməliyyatın hamar keçəcəyinə inanmadığını və fəallara qarşı güc tətbiq edilsə, müəyyən nəticələr doğuracağını diqqətə çatdırıb. Paşinyan isə cavabında əgər Osipyan yolu açmağa qadir deyilsə, kənara çəkilsin, onun əvəzindən yolun açılması əməliyyatını polis qoşunlarının komandanı, general Vaqe Kazaryan həyata keçirəcək.

Yerli mediada müdafiə naziri David Tonoyanın da istefaya göndəriləcəyi barədə xəbərlər yer alıb. Heç bir hərbi təhsili olmayanorduda xidmət keçməyən müdafiə naziri Tonoyan daha çox Azərbaycanı yeni ərazi işğalı ilə hədələməsi ilə yadda qalıb. Özübunu o, ABŞ-da səfərdə olarkən, yerli erməni icması ilə görüşü zamanı bəyan edib.

Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın elan etdiyi Ermənistan 2050 - Strateji İnkişaf Sənədi də ölkədə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Açıqlanan strateji sənəddə ən önəmli başlıqlardan biri ÜDM-nin həcminin qarşıdakı 30 il ərzində təxminən 15 dəfə artımının planlaşdırılmasıdır. Beynəlxalq və yerli ekspertlər bunu şişirdilmişheç bir perspektivi olmayan hədəf adlandırıblar.

Beynəlxalq təşkilatların verdiyi proqnozlara əsaslanmayan inkişaf konsepsiyası qısamüddətli dövrə hədəflənmiş populist addım hesab olunur. Çünki sənəddə göstərilən hədəflərlə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozları arasında ciddi fərqlər var. Strateji sənəddə 2024-cü ildə ÜDM-nin ümumi həcminin 22 milyard dollar, adambaşına düşən miqdarı isə təxminən 6,6 min dollar olacağı qeyd edilsə də, BVF-nin proqnozlarına əsasən, ÜDM-nin həcmi 17 milyard dollar, adambaşına düşən miqdarı isə 5,7 min dollar təşkil edəcək. İqtisadiyyatın inkişafında digər həlledici indikator hesab edilən ixrac həcminin də gələcəyi sual altındadır. Çünki BVF-nin proqnozlarına əsasən, bugünədək ticarət əməliyyatlarında idxalın ixracdan üstün olması tendensiyası hələ uzun müddət artaraq davam edəcək.

Beynəlxalq və yerli ekspertlər Nikol Paşinyanın 2050-ci il hədəflərinin xülya və əhalinin başını qatmağa yönəldiyi ilə bağlı təkzibedilməz faktlar irəli sürürlər. Ermənistan iqtisadiyyatı ələbaxımdır. Ölkənin energetika sahəsi tamamilə xarici ölkədən asılı vəziyyətdədir. Elektrik enerjisinin qiyməti ilə bağlı etiraz aksiyalarının keçirilməsi və bu sahədə hələ də qeyri-müəyyənlik, təbii qazın qiymətinin bahalaşmasının Rusiyadan asılı olmasını xatırlatmaq Ermənistan iqtisadiyyatının ələbaxımlığını təsdiqləməyə yetərli olar.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı kifayət qədər çətin günlər gözlədiyini deməyə əsas verir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 19 sentyabr.- S. 1; 5.