Təlimlərdə
qoşunların qarşılıqlı fəaliyyəti ərazinin
maketi üzərində icra
olunub
Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir, general-polkovnik
Zakir Həsənovun rəhbərliyi ilə
keçirilən müşavirədə təlimlərin mərhələlər
üzrə epizodları çətin dağlıq relyefli ərazinin maketi
üzərində işlənilib.
Azərbaycan.- 2019.- 20 sentyabr.- S. 5.